Mövzu: 5 Təbii hadisələr. Təbii amillərin canlı orqanizmlərə təsiri Plan



Yüklə 42,14 Kb.
səhifə3/6
tarix04.04.2023
ölçüsü42,14 Kb.
#93355
növüDərs
1   2   3   4   5   6
Mövzu 5. Təbii hadisələr. Ekoloji bilik və bacarıqların aşılanması.

Vulkanik zəlzələlər
II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.
Tektonik zəlzələlər
III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır.
Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.
Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir.

Yüklə 42,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin