1)bənzədilən predmetlərin çoxsaylı əhəmiyyətli əlamətlər üzrə oxşarlığı -əhəmiyyətli oxşar əlamətlər nə qədər çox olarsa, analogiya üzrə çıxarılan nəticə bir o qədər əsaslı olar; 2)bənzədilən predmetlər arasında əhəmiyyətli fərqlərin yoxluğu; 3)oxşar və köçürülən əlamətlər arasında asılılıq haqqında biliyin ehtimallıq dərəcəsi. Müqayisə edilən predmetlər arasında kifayət qədər oxşar əlamət tapılmadıqda, yaxud oxşar və köçürülən əlamətlər arasında asılılq zəif formada müəyyənləşdirildikdə analogiya üzrə əqlinəticə kifayət qədər əsaslandırılmadığı üçün yalnız az ehtimali yekun nəticə verə bilər. Əgər bu halda fərq əlamətləri də nəzərə alınmazsa, onda belə analogiya yalnız səthi kimi dəyərləndirilə bilər. Belə halda həqiqi yekun bilik yalnız təsadüfi ola bilər.