Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri



Yüklə 40,23 Kb.
səhifə8/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6

2.Analogiyanın növləri. Məntiq elmində analogiyanın müxtəlif növləri mövcuddur. Bənzədilən obyektlərin xarakterinə görə analogiyanın iki növünü fərqləndirirlər: a)predmetlərin analogiyası; b)münasibətlərin analogiyası.
a)Predmetlərin analogiyası elə bir əqlinəticədir ki, onda bənzətmə obyekti kimi iki oxşar fərdi predmet, köçürələn əlamət kimi isə onlardan birinin əlaməti çıxış edir.
İki fərdi predmeti ab, onların xassələrini isə P, Q, S, T simvolları ilə işarələsək, onda analogiya üzrə əqlinəticəni aşağıdakı sxemlə göstərmək olar:
Müqəddimə:
a predmeti P, Q, S, T əlamətlərinə malikdir;
b predmeti P, Q, S əlamətlərinə malikdir;
Nəticə:
Ehtimal ki, b predmeti T əlamətinə malikdir.
Belə analogiyaya misal olaraq fizika tarixində işığın yayılma mexanizminin şərhini göstərmək olar. Alimlərin qarşısında işığın hərəkətinin təbiəti haqqında sual dayandıqda, holland fiziki və riyaziyyatçısı Hügens işıq və səsin düzxətli yayılma, inikas, sınma və interferensiya kimi xassələrinə görə oxşarlığına əsaslanaraq işıq hərəkətini səs hərəkətinə bənzətmiş və belə bir nəticəyə gəlmişdir: işıq hərəkəti dalğavari təbiətə malikdir. Belə analogiyalarda əlamətlərin köçürülməsinin məntiqi əsası kimi bənzədilən predmetlərin bir sıra xassələrinin oxşarlığı çıxış edir.
b)Münasibətlərin analogiyası elə bir əqlinəticədir ki, onda bənzətmə obyekti kimi iki cüt predmet arasında oxşar münasibətlər, köçürülən əlamət kimi isə bu münasibətlərdən birinin əlaməti çıxış edir.
Məsələn, xy, m n kimi iki cüt şəxs arasında belə bir münasibət var:
1)x həddibuluğa çatmamış oğul y-in atasıdır (R1 münasibəti);
2)m həddibuluğa çatmamış nəvə n-in babası və yeganə qohumudur (R2 münasibəti).
Valideyn münasibətləri halında (R1) ata həddibuluğa çatmamış oğlunun qayğısına qalmalıdır. R1 R2 münasibətləri arasında müəyyən oxşarlığı nəzərə alaraq belə nəticə çıxarılır ki, baba da müəyyən situasiyada nəvəsinin qayğısına qalmağa borcludur (R2).
Münasibətlər analogiyası üzrə əqlinəticə aşağıdakı sxemlə göstərmək olar:

Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin