Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri


c)Oxşar və köçürülən əlamətlər arasında əlaqənin olması haqqında bilik



Yüklə 40,23 Kb.
səhifə10/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6

c)Oxşar və köçürülən əlamətlər arasında əlaqənin olması haqqında bilik -bu təkcə yararlılıq şərti yox, həm də analogiya üzrə əqlinəticənin əsaslılıq dərəcəsinin göstəricisidir. Bu əlaqənin xarakterindən asılı olaraq iki növ analogiyanı fərqləndirirlər: 1)ciddi analogiya –bu səhih nəticə verir; 2)zəif analogiya –bu problematik (ehtimali) səciyyəli bilik verir.
1)Ciddi analogiya –bu oxşarlıq əlamətləri ilə köçürülən əlamət arasında zəruri əlaqədir.
Ayrı-ayrı hallarda ab predmetlərinin P, Q, S əlamətlərinə görə oxşarlığını müəyyənləşdirdikdən və a-da T əlamətinin tapılmasından sonra, T-nin b-yə aid olması sadəcə iqrar olunmur. T-nin b-yə aid olması oxşarlığa görə yox, T-nin P, Q, S-dən məzmunca asılı olmasına əsaslanaraq onun həm də b-yə aid olması nəticəsinə gəlinir. Əgər dəqiq müəyyənləşsə ki, T köçürülən əlamət oxşarlıq əlamətlərindən asılıdır, onda: (P, Q, S) →T. Bu T əlamətinin b-yə köçürülməsi üçün kafi əsas ola bilər. Ciddi analogiyada nəticə demonstrativ səciyyə daşıyır.
Əlamətlər arasında şərti asılılığın qurulması ciddi analogiyanı deduktiv əqlinəticə ilə yaxınlaşdırır. Lakin ciddi analogiyada fərdi obyektlərin bənzədildiyi, lakin ayrıca fərdi bir halın ümumi müddəaya gətirilmədiyi üçün, o məhz analogiya olaraq qalır.
2)Zəif analogiya –bu elə bir bənzətmədir ki, onda oxşarlıq əlamətləri ilə köçürülən əlamət arasındakı asılılıq yalnız az və ya çox dərəcədə ehtimali zəruri kimi düşünülür.
Bu halda, iki obyekt arasında oxşarlıq əlamətləri tapıldıqdan sonra köçürülən əlamətin ikici obyektə aid olmasını müəyyən ehtimalla söyləmək olar.
Zəif analogiyadan sosial-tarixi tədqiqatlarda geniş istifadə olunur. Çünki bu sahədə hadisələr arasında ciddi əlaqəni və bu əlaqəyə əsaslanan nəticələri müəyyənləşdirmək çətindir.
Zəif analogiyada nəticənin ehtimallıq dərəcəsini yüksəldən əsas şərtlər belədir:
Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin