Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri



Yüklə 40,23 Kb.
səhifə1/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
  1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6


Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə.
1.İnduktiv əqlinəticənin ümumi səciyyəsi.
2.İnduktiv əqlinəticənin növləri.
3.Populyar induksiya.
4.Elmi induksiya.
1.İnduktiv əqlinəticənin ümumi səciyyəsi. Elm və praktikanın hər bir sahəsində idrak prosesi hissi idrakla (və yaxud empirik idrakla) başlayır. Eyni tipli təbii və sosial hadisələrin müşahidəsi zamanı, bu hadisələrdə müəyyən əlamətlərin təkrarlanması qeyd olunur. Davamlı təkrarlanma belə bir fikrə gətirir ki, bu əlamətlər fərdi yox, müşahidə olunan hadisələr sinfinə daxil olan hər bir hadisə üçün ümumidir. Ayrı-ayrı hadisələr haqqında bilikdən ümumi biliyə məntiqi keçid induktiv əqlinəticə və yaxud induksiya (lat. inductio –yönəltmək, şamil etmək) formasında gerçəkləşir.
Beləliklə, induksiya elə bir əqli nəticəyə deyilir ki, burada hər hansı bir sinfə daxil olan hadisələrdə müəyyən əlamətlərin təkrar olunmasına əsaslanaraq, onların həmin sinfin bütün üzvlərinə aid olduğu haqqında nəticə çıxarılır.
Məsələn, fizikada təcrübi yolla müəyyən edilmişdir ki, dəmir çubuqlar elektriki yaxşı keçirir. Misin, gümüşün, qızılın da oxşar xassəyə malik olması təcrübi yolla təsdiqini tapmışdır. Adı çəkilən keçiricilərin metal olması nəzərə alınaraq induktiv ümumiləşdirmə aparılır: bütün metallar elektrik keçiriciləridir.
İnduktiv əqlinəticənin müqəddimələri elə hökmlərdir ki, onlarda eyni bir K sinfinə daxil olan S1, S2,...,Sn hadisələrində P əlamətinin təkrarlanması haqqında əldə olunmuş informasiya qeyd olunur.
İnduktiv nəticə çıxarılışında müqəddimələrdən yekun biliyə məntiqi keçidin əsasında dünyanın qanunauyğun inkişafı, səbəbiyyət əlaqələrinin ən ümumi səciyyəsi haqqında əsrlərin sınağından çıxmış müddəalar dayanır. Məhz bu metodoloji müddəalar induktiv əqlinəticənin məntiqi yaralılığı və effektivliyinə haqq qazandırır.
İdrak prosesində induktiv əqlinəticənin əsas funksiyası ümumiləşdirmə, yəni ümumi hökmlərin əldə edilməsidir. Məzmumuna və idraki əhəmiyyətinə görə bu ümumiləşdirmələr fərqli səciyyə daşıya bilər: gündəlik praktikada sadə ümumiləşdirmələrdən tutmuş, elmdə empirik ümumiləşdirmələr və yaxud ümumi qanunları ifadə edən universal hökmlərə qədər.
Elmin tarixi göstərir ki, fizikada, xüsusilə onun elektrik, maqnetizm və optika kimi sahələrindəki bir çox kəşflər empirik məlumatların induktiv ümumiləşdirilməsi nəticəsində gerçəkləşib. Biologiyada bitki və canlıların elmi təsnifatı, ilk növbədə bu sahədə müşhidə nəticələrinin induktiv emalından sonra mümkün olmuşdur.

Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin