Mövzu 8: Yeni məhsulun yaradılması və məhsulun həyat dövranı strategiyası Plan



Yüklə 52,44 Kb.
səhifə2/7
tarix03.04.2022
ölçüsü52,44 Kb.
#54646
1   2   3   4   5   6   7
UNEC 1648982502.docx

1-ci konsepsiya. Münasib qiymətə azlitrajlı elektromobil şəhər ətrafında istifadə edilə ikinci ailə maşını kimi tərtib edilib.Bu maşın tapşırıqları yerinə yetirmək və dostlara baş çəkmək üçün ideal vasitədir.

2-ci konsepsiya. Gənclər üçün orta qiymətli yığcam idman maşınıdır.

3-cü konsepsiya. Ətraf mühiti daha az çirkləndirən, ucuz azlitrajlı maşın, praktik nəqliyyat vasitəsi və ətraf mühitə qayğı ilə yanaşan, ekoloji düşüncəyə malik insanlar üçündür.

4-cü konsepsiya. Benzin ehtiyyatı sevməyən, az məsafə qət edə biləcək yüksək keyfiyyətli “Super Univerisal” nəqliyyat vasitəsidir.

Konsepsiyanın sınaqdan keçirilməsi yeni məhsul konsepsiyasının hədəf seçilmiş istehlakçı qrupları arasında sınaqdan keçirilməsini nəzərdə tutur. Bu konsepsiyalar istehlakçılara rəmzi və yaxud fiziki şəkildə təqdim oluna bilər. Bəzi konsepsiya sınaqlar üçün söz və ya şəkilli təsvir kifayət edə bilər. Hər halda bu və ya digər konsepsiyanın daha konkret və fiziki təqdimatı onun sınağının etibarlılığını artırır. Hazırda marketinq mütəxəssisləri məhsul konsepsiyalarını istehlakçılar üçün daha real etmək üçün novator yollar axtarırlar. Məsələn, bəziləri bu məqsədlə virtual reallıqdan istifadə edirlər.Virtual reallıq proqramları reallığı təqlid etmək üçün kompyütür və sensor cihazlarından ibarətdir.

Məhsulun konsepsiyası dəqiqləşdirildikdən sonra müştərilərə məhul haqqında suallar da ünvanlana bilər. Belə ki, məsələn, yuxarıdakı nümunəyə müvafiq istehlakçılara aşağıdakı kimi sullar verilə bilər: Siz yeni güc aqreqatına malik (yəni metanolla işləyən) elektromobil konsepsiyasını başa düşürsünüzmü ? Siz həmin maşının işləməsi haqqında deyilənlərə inanırsınızmı? Metanolla işləyən elektromobilin adi avtomobillə müqayisədə hansı üsrtünlükləri var? Onun batareyalı elektromobillə müqayisədə hansı üstünlükləri var ? Siz bu avtomobilin hansı cəhətlərinin təkmilləşdirilməsini zəruri hesab edirsiniz? Siz hansı məqsədlər üçün metanolla işləyən avtomobili adi avtomobildən üstün tutursunuz? Bu maşının münasib qiyməti neçə ola bilər? Belə maşını almaq qərarına kim təsir edə bilər və onu kim sürməlidir? Siz belə maşın alardınızmı? (mütləq alardım, yəqin alardım, yəqin almazdım, qətiyyən almazdım)

Yuxarıdakı suallara cavab tapılması hansı konsepsiyanın daha cəlbedici olmasını aşkara çıxarmağa imkan verir. Məsələn, sonuncu sualda istehlakçının maşını almaq niyyəti fadə edilb. Fərz edək ki, istehlakçıların 10%-i maşını “mütləq” alacaqlarını, 5%-i isə “yəqin” alacaqlarını deyib. Şirkət satışın həcmini qiymətləndirmək üçün bu rəqəmləri həmin hədəf qrupuna daxil olan istehlakçılara şamil edə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, bu hesablamalar təqribi olur, buna baxmayaraq, həmin hesablamalar məhsulun mümkün satışının qiymətləndirilməsinə imkan verir.



Marketinq strategiyasının hazırlanması.Yeni məhsulun işlənib hazırlanmasının növbəti mərhələsi marketinq strategiyasının işlənib hazırlanmasını özündə ehtiva edir. Bu mərhələnin özü üç hissədən ibarətdir. Birinci hissədə hədəf bazarı müəyyənləşdirilir, məhsulun necə mövqeləşdiriləcəyi dəqiqləşdirilir, yaxın bir neçə il üçün müəssisənin satışının, bazar payının, məqsədli gəlirinin necə olacağı müəyyən edilir.

Marketinq strategiyasının işlənib hazırlanmasının ikinci hissəsində məhsulun qiyməti, paylanması və birinci il üçün marketinq büdcəsi planlaşdırılır.

Marketinq strategiyasının işlənib hazırlanmasının üçüncü hissəsində uzun müddətli satış, məqsədli gəlir və marketinq kompleksinin planlaşdırılması həyata keçirilir.

Biznes təhlili. Yeni məhsulun marketinq strategiyası işlənilib hazırlanmaqla yanaşı, onun biznes baxımından nə qədər cəlbedici olduğu da müəyyən edilməlidir. Hər hansı yeni məhsulun istehsalının şirkətin qarşısına qoyduğu məqsədlərə çatma baxımından ona faydalı olacağını müəyyənləşdirmək üçün məhsulun istehsalına və satışına çəkilən xərclər həmin məhsulun satışından daxil olan gəlirlərlə müqayisə edilməlidir. Əgər məhsulun satışından daxil olan gəlir, onun istehsalına və satışına çəkilən xərclərdən çoxdursa, onda, məhsulun istehsalı şirkətin maraqlarına cavab verir və bu məhsulla bazara çıxmaq sərfəlidir.

Məhsulun yaradılması. Məhsulun konsepsiyası biznesin sınağından uğurla keçəndən sonra həmin məhsulun yaradılmasına dair qərar qəbul edilir. Bu mərhələdə elmi tədqiqat işçiləri, mühəndislər məhsulun konsepsiyasını real məhsula çevirirlər. Bu mərhələ büyük investisiya qoyuluşları tələb edir.

Test marketinqi yeni məhsulun işlənib hazırlanmasının növbəti mərhələsidir. Bu mərhələ məhsul və marketinq proqramının daha real bazar şəraitində sınaqdan keçirilməsini nəzərdə tutur. Test marketinqində məhsul bütövlükdə bazara təklif edilməmişdən əvvəl onun məhdud bir hissəsinə təklif olunduğuna görə marketoloqa müəyyən təcrübə qazandırmağa imkan verir.

Kommersiyalaşma. Test marketinqi məhsulun bazara çıxarılıb-çıxarılmayacağına dair rəhbərliyə qəti qərara gəlməyə əssa verir. Sınaq marketinqində istehlakçılar tərəfindən qiymətləndirilən və satışları uğurlu olan məhsulların kommersiyalaşması haqqında qərara gəlinməsi şirkətin həmin məhsul üzrə bazar fəaliyyətinin uğurlu olacağından xəbər verir.

Yeni məhsulun yaradılmasının təşkili. Bir çox şirkətlər yeni məhsulun yaradılmasını bizim nəzərdən keçirdiyimiz ardıcıllıqla icra edirlər. Bu, yeni məhsulun yaradılmasına yanaşmalardan biridir. Məhsulun hazırlanmasına ardıcıl mərhələlər şəklində yanaşılmasının mahiyyəti ondan ibarətdir ki, bu halda məhsulun yaradılması prosesində iştirak edən şöbələrdən biri yerinə yetirəcəyi işi görərək, prosesin davamını icar olunmaq üçün o biri şöbəyə ötürür.

Məhsulun yaradılmasına ikinci yanaşma komanda şəklində işin icrasını nəzərdə tutur. Bu halda məhsulun yaradılması üzrə bütöv komanda işləyir və işlərin icrası paralel şəkildə gedir. Bu yanaşma zamanı vaxta qənaət edilir və işlərin effektivliyini artırmaq mümkün olur. Lakin sözügedən yanaşmada məhsulun bazara tez (vaxtından qabaq) çıxarılması özünü göstərə bilər ki, bir sıra hallarda da bu, özündə kifayət qədər riskləri ehtiva edir. Buna baxmayaraq, məhsulların həyat dövranının getdikcə qəsaldığı indiki dövrdə bu yanaşma özünü doğruldur və ona görə də ona əsaslanmaqla məhsulların yaradılmasına qərar verən şirkətlərin sayı artır.



Yüklə 52,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin