1.Məhsulun yaradılması. Məhsulun yaradılması mərhələsi şirkətin onun yaradılmasına dair ideyanın tapdığı zamandan başlayır. Bu mərhələdə şirkətin satışları sıfır səviyyəsində olur, ona görə də mənfəətin əldə edilməsindən söhbət getmir və sadəcə, məhsulun yaradılmasına investisiya yatırımları həyata keçirilir.
2.Bazara çıxama.Bu dövrdən etibarən məhsul bazara təklif edilir və onun ləng satışı müşahidə edilir. Məhsulun bazara çıxarılması çoxlu miqdarda vəsaitlər tələb etdiyindən şirkət bu mərhələdə mənfəət əldə etmir və yaxud mənfəətin məbləği çox az olur.
3. Artım dövrü. Bu dövr bazarın məhsulu sürətlə sürətlə qəbul etməsi dövrüdür. Artım dövründə məhsulun satışından daxil olan gəlir və mənfəət özündən əvvəlki dövrlə müqayisədə getdikcə artır.