Mövzu 8: Yeni məhsulun yaradılması və məhsulun həyat dövranı strategiyası Plan



Yüklə 52,44 Kb.
səhifə5/7
tarix03.04.2022
ölçüsü52,44 Kb.
#54646
1   2   3   4   5   6   7
UNEC 1648982502.docx

4.Yetkinləşmə dövrü. Bu dövrdə məhsul əksər mümkün alıcılar tərəfindən qəbul edildiyinə görə onun satışının azalması özünü göstərir. Şirkət bu dövrdə məhsulunu rəqabətdən qorumaq məqsədilə marketinq xərclərini artırır, ona görə də mənfəətin məbləği azalmağa başlayır.

5. Tənəzzül mərhələsi. Məhsulun həyat dövrünün bu mərhələsində satışın həcmi və mənfəətin məbləği azalır.

Heç də məhsulların hamısı həyat dövrünün bütün mərhələlərindən keçmir. Bəzi məhsullar bazara çıxarılır və tez bir zamanda da uğursuzluq yaşayır və bazarı tərk edir. Bəzi məhsullar isə bazara çıxdıqdan müəyyən müddət sonra yetkinləşmə mərhələsinə daxil olur və uzun müddət bu mərhələdə qalır. Bir sıra məhsullar isə tənəzzül mərhələsinə də daxil olur və sonradan həmin məhsullarda təkmilləşdirilmələr aparılmaqla onlar yenidən şirkətin məhsul portfelinə qaytarılır. Bu zaman həmin məhsulların reklamlarla müdafiəsi təmin olunur və onların istehlakçıların təfəkküründə yenidən mövqeləşdirilməsi məsələsi həll edilir.

Bazara çıxma mərhələsi. Bəzən məhsulun həyat dövrünün bu mərhələsi kifayət qədər uzun ola bilir. Belə ki, məsələn, həll olunan qəhvə, dondurulmuş portağal şirəsi və tozşəkilli qəhvə kimi məhsullar öz həyat dövrünün yetkinlik mərhələsinə qədər uzun bir dövr qət etmişlər. Bu mərhələ başqa mərhələlərlə müqayisədə şirkətdən daha çox xərclər tələb edir və bu səbəbdən də sözügedən mərhələdə mənfəətin məbləği çox cüzi olur və yaxud heç olmur. Distrüyutorları məhsulun satışına cəlb etmək və onlarda həmin məhsulun ehtiyyatını formalaşdırmaq üçün kifayət qədər xərclər tələb olunur. Bu mərhələdə xərclər həm də məhsulun reklam kompaniyasının aparılması üçün tələb lazım olur.

Artım mərhələsi. Əgər bazara təklif edilən məhsul müştəriləri qane etmişdirsə və müştərilərin həmin məhsuldan məmnunluq səviyyəsi yüksəkdirsə, onda, məhsul sürətlə özünün artım mərhələsinə daxil olcaqdır. Bu mərhələdə məhsulun reklamı ilə bağlı xərclər yüksək olaraq qalır, lakin istehsal xərcləri azaldığından məhsul satışından daxil olan gəlirlərin və mənfəətin məbləği artamaqda davam edir. Şirkət bu mərhələdə bazar artımını uzun müddət saxlamaqdan ötrü bir neçə strategiyadan istifadə edir. Belə ki, o, məhsulun keyfiyyətini yaxşılaşdıraraq ona yeni məhsul xüsusiyyətlərini aşılayır və beləliklə də, həmin məhsulun bazara müxtəlif modellərini təklif edir. Şirkət həm də yeni bazar seqmentlərinə və distribusiya kanallarına daxil olmaqla artımın miqyaslarını daha da genişləndirə və mənfəətin məbləğini çoxalda bilər. Bu mərhələdə deyilərlərlə yanaşı, həm də reklamların xarakterində dəyişiklik aparılır. Belə ki, bu mərhələdə informasiya xarakterli reklamlardan inandırma xarakterli reklamlara keçid edilir, həm də münasib vaxtlarda məhsulların qiymətlərində müştərilər üçün müəyyən endirimlər edilir.

Məhsulun həyat dövrünün artım mərhələsində şirkət yüksək bazar payı və yüksək cari gəlir göstəricilərinin seçimi baxımından dilemma ilə üzləşir. Bu mərhələdə məhsulun təkmilləşdirilməsinə və onun reklamına yüksək səviyyədə xərclər ayıran müəssisə sonrakı mərhələdə maksimium cari gəlir əldə etmək istəyindən əl çəkməli olur.


Yüklə 52,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin