Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Ali məktəb müəlliminin pedaqoji ustalığı



Yüklə 0,49 Mb.
səhifə32/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   28   29   30   31   32   33   34   35   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Ali məktəb müəlliminin pedaqoji ustalığı

Müəllimin məhsuldar fəaliyyətini təmin edən əsas amillərdən biri – pedaqoji ustalıqdır. Ustalıq – pedaqoji prosesin intensivliyini, effektivliyini daim yüksəltmək məharətidir. Öz işinin ustası olan müəllim tədris etdiyi fənni, pedaqogika və psixologiyanı, təlim-tərbiyə texnologiyalarını, pedaqiji innovasiyaları, aksiologiyanın (latınca axia-məziyyyət, qiymət, dəyər, ləyaqət deməkdir. Əxlaqi sərvətlər haqqında nəzəriyyə) əsaslarını dərindən bilən, yaradıcı fəaliyyət göstərən, elmin müxtəlif sahələrinə bələd olan, yüksək mədfəniyyətə malik insandır.

Ustalıq və peşəkarlıq müəllimin pedaqoji əməyin metodlarını yaxşı bilməsində təzahür edir. Pedaqoji ustalıq və peşəkarlıq müəllimmin müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə şəxsi keyfiyyətlərinin ahəngdarlığını özündə birləşdirir.

Ustad müəllim bir sıra keyfiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər aşağıdakılardır:

-öz üzərində müntəzəm işləməklə elmi və professional hazırlığı təkmilləşdirir;

-zəngin erudisiyaya, məntiqi təfəkkürə malik olmaqla, elmin bütün sahələrinə nüfuz etməyi bacarır;

-öz fənnini elmin və texnikanın müasir inkişaf səviyyəsində bilir;

-təhsil-tərbiyə prosesiini rasional surətdə qurmağa imkan verən metodik hazırlığa malikdir;

-özünün şəxsi keyfiyyətlərinə əsaslanaraq, tələbələrin təlim-idrak fəaliyyətini səmərəli surətdə təşkil etməyi bacarır;

-akademik qrupa, onun hər bir üzvünün maraq və meyillərinə, qabiliyyətlərinə yaxşı bələddir və öz fəaliyyətini layihələşdirərkən bunları nəzərə alır;

-möhkəm əqidəyə malikdir, prinsipial və ədalətlidir, öz fəaliyyətində cəmiyyətin tələblərini, dövlətin mənafeyini əsas götürür;

-vəzifə və məsuliyyət hissinə malikdir, həyatda fəal mövqe tutur, ölkənin daxili və xarici siyasəti ilə maraqlanır, kütləvi informasiya vasitələrini diqqətlə izləyir;

-təhsil-tərbiyə prosesini humanistləşdirmə, humanitarlaşdırma, diferensiallaşdırma prinsipəri əsasında qurmağı bacarır;

-geniş dünyagörüşünə, yüksək mədəniyyətə malikdir;

-tələbələrin şəxsi həyatı ilə maraqlanır, onlara inanır, etibar və hörmət edir;

-texniki, əmək, bədii, idman və digər ümumi bacarıqlara malikdir;

-aktyorluq və rejisorluq əlamətlərinə malikdir;

-yetirmələri üçün ən yaxşı nümunə, ən mükəmməl etalondur;

-nöqsanını etiraf etməyi, mənfi cəhətlərinə qarşı mübarizə aparmağı bacarır;

-nəfsinə qalib gəlməyi bacarır.

Pedaqoji ustalığın ən mühüm göstəricilərindən biri də pedaqoji taktdır. Pedaqoji takt– dərin psixoloji biliklərə əsaslanır və ustad müəllimin xarakterinin bütövlüyünü, möhkəmliyini və məharətini nümayiş etdirir.

Pedaqoji takt – müəllimin tələbə kollektivinə və ayrılıqda onun hər bir üzvünə dərindən bələd olmasına, hər bir pedaqoji situasiyada adekvat davranış formasında, səbrli, təmkinli, dözümlü olmasında, hisslərini idarə edə bilməsində, təhsil-tərbiyənin imkanlarına nikbin münasibətində, ən çətin və mürəkkəb məqamlarda belə ruhdan düşməməsində, özünə qarşı tələbkarlığında, davranışını daim nəzarət altında saxlamasında təzahür edən mürəkkəb sistemdir.

Pedaqoji takta malik müəllim öz yetirmələri qarşısında tələblər qoymağı, xəbərdarlıq etməyi, səhvlərdən çəkindirməyi bacarır.

Pedaqoji takt və onunla vəhdətdə olan bir çox bacarıqlar müəllimin pedaqoji ustalığını təmin edir və ona avtoritet (nüfuz) qazandırır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin