Avtoritet təhsil-tərbiyə prosesində formalaşır, müəllimə yetirmələrinin hörmət və inamını qazanndırır.
Müəllimin avtoriteti ictimai və prdaqoji fəaliyyəti, pedaqoji ustalığı, taktı və texnikası hesabına illər boyu tədricən formalaşır.
Ali məktəbdə təlimin prisipləri və onların səciyyəsi
Təlimin prisipləri (prinsip latınca prisipium-başlanğıc əsas deməkdir. Hər hansı br nəzəriyyənin, təlim, elm, dünyagörüşü və s. istinad etdiyi əsas müddəalar; insanın əxlaq və fəaliyyyət norması), bir qayda olaraq təlim prosesinin obyektiv qanunauyğunluqları ilə təhsil məqsədləri arasındakı mövcud zəruri əlaqələri əks etdirir. Prisiplər pedaqoji prosesin idarə edilməsini təmin edən normativ müddəalarıdır.
Müasir didaktikada təlim prinsipləri pedaqoji fəaliyyəti və təlim prosesini istiqamətləndirən, təlimin qanunauyğunluqları nəzərə alınmaqla pedaqoji məqsədlərə nail olmağa imkan verən əsas müddəalardır.
İndiyə qədər ali məktəb pedaqogikası ilə bağlı nəşr olunan dərs vəsaitlərində təlimin prinsipləri ilə bağlı verilən təsnifatlar bir- birindən çox az fərqlənir və ümumtəhsil məktəbi didaktikasının irəli sürdüyü prinsiplərin transformasiyasından başqa bir şey deyil. Əslində həm orta məktəb, həm də ali məktəb didaktikası “nəyi öyrətmək”, “necə öyrətmək” və “nə üçün öyrətmək” suallarına optimal cavab tapmağa kömək etməlidir.
Ali məktəbdə təlim prinsipləri sistemini müəyyənləşdirərkən ali təhsil verən tədris müəssisələrinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
-ali məktəbdə elmin əsasları deyil, elmin sistemi inkişafda və dəyişmədə öyrənilir;
-tələbələrin müstəqil işlərinə daha geniş yer verilir;
-tələbələrin elmi-tədqiqat işlərində fəal iştirakı təmin olunur;
-ali məktəb müəlliminin tədris və elmi fəaliyyəti sıx vəhdət təşkil edir və bir-birini tamamlayır;
-ali məktəbdə tədris edilən bütün fənlər mütəxəssis hazırlığına yünəldilir.
Pedaqoqların böyük əksəriyyətinin qəbul etdiyi təlim prinsipləri aşağıdakılardır.
Dostları ilə paylaş: |