Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Sistematiklik (sistemlilik) prinsipi



Yüklə 0,49 Mb.
səhifə35/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   31   32   33   34   35   36   37   38   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Sistematiklik (sistemlilik) prinsipi ali məktəbdə təhsil prosesnin reallaşdırılması xüsusiyyətlərini müəyyən edir. Məlumdur ki, ali təhsil müəssisəsində təlim tələbələr tərəfindən mahiyyət xarakterli informasiyaların və inteqrativ biliklərin, bacarıq və vərdişlərin müəyyən ardıcıllıqla, sistem şəklində mənimsənilməsini təmin edir. Bununla yanaşı, sistematiklik prinsipi kontekstində tələbə şəxsiyyəti müntəzəm olaraq özünütəkmilləşdirmə prosesinə istiqamətləndirilir. Fasiləsiz, çoxmərhələli təlim prosesi tələbənin fərdi imkan və qabiliyyətlərini sosial mühitlə vəhdətdə reallaşdırması üçün zəruri şərait yaradır.

Bu prinsip təlimdə elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Sistematiklik elmin öz məntiqindən irəli gəlir: elm biliklər sistemi deməkdir. Belə sistem yoxdursa, elm də yoxdur; sadəcə müəyyən təsəvvürlər, məlumatlar vardır. Odur ki, bilikləri ciddi sistemdə öyrətmək lazımdır.

K.D.Uşinsi sistemsiz başı qarmaqarışıq anbara bənzədirdi; belə ki, burada lazımı anda anbar sahibinin özü də heç bir şey tapa bilmir.

Sistematiklik prinsipi öyrənənləri sistemli elmi biliklərlə silahlandırmaqda, təlimə və elmə maraq oyatmaqda, zehni inkişafda böyük əhəmiyyətə malikdir. “Sistemləşdirmə təfəkkürün anasıdır” (V.A.Suxomlinski).

Təlimdə sistematiklik prinsipi bir neçə cəhətdə özünü göstərir:

- təhsilin məzmununun(proqram və dərsliklərin) ciddi sistemdə qurulması;

- bilik və bacarıqların ciddi sistemdə, məntiqi ardıcıllıqla təqdim olunması;

- öyrənilən biliklərin əlaqələndirilməsi;

- bütün təlim prosesinin sistemli əsasda təşkili.

Sistematiklik prinsipi təlim prosesinə rəhbərlikdə müəyyən tələblər irəli sürür. Hər fənn üzrə biliklər ciddi sistemdə öyrədilməlidir. Müəllimin şərhində sistem və ardıcıllıq gözlənilməli, yeni keçilən mövzular plan əsasında öyrədilməlidir.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin