Fərdin kollektivlə əlaqəsi və konkretlə mücərrədin vəhdəti prinsipi tələbə kollektivinə “subyektlərin məcmusu” kimi baxmağı tələb edir. Tələbə kollektivi idrak fəaliyyətinin subyekti olub, qarşılıqlı əlaqə, qarşılıqlı motivləşdirmə prosesində formalaşır. Bu prinsip, mahiyyət etibarilə qrupun, tələbə kollektivinin inkişafının yüksək mərhələsini ifadə edir. Fərdin kollektivlə əlaqəsi prinsipi kollektivin ümumi strategiyasının, birgə fəaliyyət proqramının, ümumi tələblərin, təlim problemlərinin, elmi ideyaların və onların birlikdə həlli cəhdinin olması deməkdir. Tələbə qrupunun birgə fəaliyyəti təlim-idrak prosesinin effektivliyini təmin edən konkret psixoloji mexanizmdir. Tələbələrin öz qüvvə və imkanlarını səfərbər etməsi, informasiyalardan operativ surətdə yararlanması və onu tənzimləməsi kollektiv idrak fəaliyyətini təmin edən və intensivləşdirən mühüm komponentlərdir; konkretlə mücərrədin vəhdəti tədris prosesində mücərrəd təfəkkürlə əyaniliyin əlaqəsini ifadə edir. Komkret və mücərrədin vəhdəti prinsipi zamanı tələbələrin evristik potensialı üç səviyyədə təzahür edir:
-faktoloji səviyyə-təlim materialının məzmununun mənimsənilməsi;
-nəzəri səviyyə-təlim materialının təhlili, sistemləşdirilməsi, təsnifatı;
-metodoloji səviyyə-xüsusi təfəkkür əməliyyatı haqqında təsəvvürlərin inkişafı.
Dostları ilə paylaş: |