Biliklərin müvafiqliyi, möhkəmliyi və etibarlılığı prinsipi təlim informasiyalarına kompleks tələblər verir, tələbələrin intellektual imkanlarının ən yüksək həddini və daimi inkişafını tələb edir.
Bu prinsiplər ali məktəbdə peşə-ixtisas təhsilinin reallaşdırılmasını təmin edən əsas faktorlardır. Buna nail olmaq üçün bir neçə əsas şərtə əməl olunmalıdır. Bunlar aşağıdakılardır:
-inkişaf etmiş elm sahələrinin qavranılması və dərk edilməsini təmin edən kifayət qədər stabil fundamental və praktik biliklərin həcminin dəqiq surətdə müəyyənləşdirilməsi;
-mənimsənilməsi zəruri olan peşə-ixtisas bacarıq və vərdişlərin müəyyənləşdirilməsi;
-elmin və texnikanın müvafiq sahələrinin əsas ideyalarının və inkişaf istiqamətlərinin aşkarlanması;
-tələbələrin ümumi və elmi inkişaf səviyyəsinə, dünya görüşünə, mədəni sferasına verilən tələblərin dəqiqləşdirilməsi.
Müvafiqlik bir neçə qaydada həyata keçrilir: a) asandan çətinə; b)məlumdan məchula; c) ümumidən xüsusiyə (obyekt haqda ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəbə keçmək).
Bilik və bacarıqların möhkəmliyi təlimin səmərəsinin mühüm şərtidir: əgər öyrənilən bilik tez unudularsa, təlimdə irəli getmək, əvvəlki biliklərə əsaslanan yeni bilikləri mənimsəmək mümkun olmaz. Y.A.Komenski biliyi möhkəmlətmək qeydinə qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. K.D,Uşinski isə belə müəllimi yükü arabada pis bağlamış, lakin atları qovaraq mənzil başına tez çatmağa çalışan kefli arabaçıya bənzədirdi. Bilikləri möhkəmlətməyən müəllim, belə arabaçı kimi, ilin sonuna təhsil alanların boş başı ilə gəlib çatar.
Bilik və bacarıqların möhkəmliyi təlim prosesinin bütün gedişi ilə təmin olunur. Burada üç amil xüsusi rol oynayır:
Dostları ilə paylaş: |