Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə75/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   71   72   73   74   75   76   77   78   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Mühazirə-təbliğat. Bu, planlaşdırılmış, düşünülmüş səvhlərlə aparılmış mühazirədir. Məqsəd tələbələrin diqqətini cəlb etmək, materialdan tez “baş açmaq”, çevik surətdə təhlil etmək və informasiyanı düzgün qiymətləndirmək bacarığı formalaşdırmaqdır. Mühazirənin bu formasının əsasını konfliktlər, gözlənilməz mülahizələr, problemlər və tələbələrin birgə təlim-idrak fəaliyyəti təşkil edir.

Mühazirə-dialoq. Bu zaman müəllim tələbələrə suallar verir, cavabları ümmiləşdirir və bu əsasda yeni materialı şərh edir. Mühazirənin bu formada təşkili əks-əlaqə texnologiyasından səmərəli surətdə istifadə etməyə imkan verir.

Mühazirə­-intervü. Bu formada mühazirənin əsasında pedaqoji kommunikasiya durur. Belə mühazirə iki müəllim tərəfindən aparılır. Mühazirənin ssenarisi əvvəlcədən hazırlanır. Tələbələr böyük dəyirmi stol arxasında otururlar. Müəllimlər növbə ilə suallar verir, tələbələr onları cavablandırır. Tələbə suala dəqiq cavab vermədiyi hallarda müəllimlər öz stollarına yanaşır, orada qoyulmuş vizual informasiyaları nümayiş etdirir və tələbələrin məlumatlarını tamamlayırlar.

“Mühazirə­-intervü”nün əsas xüsusiyyətləri aşağıdakılardır:

-diskussiya mədəniyyyəti formalaşır;

-dioloji ünsiyyət yaranır;

-hər bir tələbənin fəallığı təmin edilir;

-yenilik hisi inkişaf edir;

-mühazirə prosesində əsas rolu tələbələr oynayır.

Mühazirə-şou (illüstrasiya). Bu mühazirə formasının əsasını mühazirə mövzusunun vizual vasitələr, sxemlər, simvollar, obrazlar əsasında izahı təşkil edir. Vizual vasitələr müəllimin şərhini aydın ifadəli, obrazlı və parlaq edir.

Vizuallaşdırma-şifahi informasiyaya yaradıcı xarakter verilməsini təşkil edir. Kodoskopdan istifadə etməklə bu mühazirə bir neçə şəkildə keçirilir:əsas informasiya obrazlarla (təsvir vasitələri) təqdim olunur; əyani vasitələr informasiya xarakteri daşıyır və müəllimin nitqini tamamlayır; informasiya obrazların dili ilə verilir və s.

Vizual informasiyanın hazırlanması müəllimdən yaradıcılıq tələb edir. Qeyd etmək lazımdır ki, şou-mühazirədə ənənəvi sxem və diaqramlardan istifadə olunmur.

Didaktik metodların tətbiq edildiyi mühazirə. Bu, konkret situasiyalar; “əqli hücum”; qarşılıqlı nəzarət; diskussiya; “dəyirmi masa” arxasında söhbət; qruplarla iş; pedaqoji oyunlar və digər didaktik qaydaların tətbiqi ilə qurulan mühazirədir. Belə mühazirələr tələbələri müstəqil olaraq problem qoymağa və həll etməyə təhrik edir və bununla da onların təlim materialını şüurlu və fəal surətdə qavramasını təmin edir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin