Təlimin prosesinin mahiyyəti və hərəkətverici qüvvələri
Öyrəndiyi varlığın genişliyinə görə didaktika nəzəriyyəsi iki yerə ayrılır:
1.ümumi; 2.xüsusi təlim və təhsil- tərbiyə nəzəriyyəsi.
Ümumi tədqiqat sahəsini təlim və təhsil-tərbiyə hadisələri, prosesləri təşkil edir.
Xüsusi tədqiqat sahəsi konkret metodikalar- tədris metodikaları adlanır. Onlar ayrı-ayrı fənlərin tədrisinin məzmununu, formaları və metodlarını öyrənir. “Təlim” anlayışı, hadisəni bildirir. “Tədris prosesi”, “Təlim prosesi” isə müəyyən zaman və məkanda təlimin inkişafı ilə əlaqədardır və təlim işinin ardıcıllığını (sistemini) bildirir. Tədris dedikdə, dərs materialının mənimsənilməsini təşkil etmək üçün müəllimlərin fəaliyyəti başa düşülür. Öyrənmə dedikdə, keçilən materialı mənimsəmək üçün öyrənənlərin fəaliyyəti başa düşülür.
Dostları ilə paylaş: |