Mövzu: “Azərbaycan dilində işgüzar və akade


MÖVZU: İşgüzar yazı növlərinin xüsusiyyətləri



Yüklə 262,64 Kb.
səhifə60/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   56   57   58   59   60   61   62   63   ...   142
1634046683046 Mühazirələr 1

MÖVZU: İşgüzar yazı növlərinin xüsusiyyətləri

Plan:

1.Rəsmi - əməli üslubun tarixi

2.Əməli yazı növləri

3.Rəsmi- işgüzar üslubun özəllikləri

4. İşgüzar üslubun leksik xüsusiyyətləri

5.İşgüzar üslubun qrammatik xüsusiyyətləri

  1. Rəsmi - işgüzar üslubun tarixi

Rəsmi  üslub  əsasında  qurulan  nitqdə  əməli  nitq,  əməli  yazı  da 
deyilir.Əməli  nitq  həyatın  praktik  tələbləri  ilə  bilavasitə  bağlıdır. 

 O,  dövlət  və ictimai  idarələrin  bir-biri  ilə,  həm  də  idarələrin,  müəssisələrin  əhali  ilə  əlaqəsini 


yaradır,  təmin  edir.  Nitqin  bu  formasından  rəsmi  sənədlərin  tərtibi,  ayrı-ayrı 
faktların hesaba alınması üçün istifadə olunur. 
Əməli  nitq  qədim  bir  tarixə  malikdir.  Hələ  Şah  İsmayıl  Xətai  öz  hökm-
ranlığı zamanında Azərbaycan  dilində bir sıra fərmanlar vermişdir. Hökmdarların 
sarayında, sonralar ayrı-ayrı xanların, bəylərin divanxanalarında hazırlanmış belə 
fərman,  sərəncam  və  digər  rəsmi  sənədlər  zaman-zaman  təkmilləşmiş,  onların 
müxtəlif növləri yaranmışdır. Belə rəsmi sənədləri, adətən, xüsusi mirzələr tərtib 
edərdilər. Bu sənədlər vasitəsilə dövlət başçıları və xanlar bir-biri ilə məktublaşar, 
müqavilələr bağlayardılar. Ticarət işləri ilə bağlı əlaqələr genişləndikcə əhali, sadə 
adamlar da bu ünsiyyət vasitəsindən, əməli yazıların müxtəlif növlərindən istifadə 
etməyə  başlayırlar.  Vaxtilə  həmin  kağız-lara  verilən  adların  bir  çoxu  indi  də 
dilimizdə  işlənir.  Məsələn,  “etimadnamə”,  “etibarnamə”,  “dəvətnamə”,  “qəbz”, “təliqə” və s.  
Orta  əsrlərdə  Yaxın  və  Orta  Şərqdə  məktub,  ərizə,  fərman,  qərar,  hökm, 
fərmannamə, əhdnamə, təşəkkür, təbrik, elan və s. sənədlərdən bəhs edən inşa adlı 
bir  elm  sahəsi  də  olub.  Bu  elm  həm  mərkəzi,  həm  də  əyalət  hökmdarlarının 
saraylarında  çalışan  mirzələrə,  katiblərə  əməli  sənədlərin  yazılış  tərzi  haqda 
məlumat verərdi. Həmin dövrdə dəftərxanalarda hər növ sənədə aid nümunələr də 
olardı.  Əməli  yazıların  dili  yığcam,  dəqiq  və  aydın  olmalıdır.  Oradakı  sözlər, ifadələr  qeyri-dəqiq  işlədilərsə,  cümlələr  düzgün  qurulmazsa,  faktlar  təhrif 
edilərsə, hər hansı bir əməli yazı öz funksiyasını yerinə yetirə bilm

Əməli yazılar öz məzmununa görə aşağıdakı qruplara ayrılır: 


1.  Bilavasitə  yazışma  məqsədi  daşıyan  yazılar:  teleqram,  anket,  təliqə, 
ərizə, məruzə, yazılı məlumatlar. 
2. Müəyyən faktı təsdiq etmək üçün istifadə edilən yazılar: vəsiqə, arayış, 
vəkalətnamə və s. 
3.  Müəyyən  hadisə  və  faktları  əks  etdirən  kağızlar:  akt,  protokol, 
müqavilə və s. 
4.  İclas,  müşavirə,  yığıncaq,  konfrans,  qurultay  və  s.  tərəfindən  qəbul 
olunmuş qərarları əks etdirən əməli yazılar: protokol, stenoqrafik hesabat və s. 


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin