5.Kütləvi tədbirlərdə çıxışa hazırlıq
İşgüzar ünsiyyət müxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə, həm söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-olsun, o həmişə özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik və böyük çıxışlarını birləşdirir. Kütlə qarşısında nitq- incə söz sənəti, ritorik çalışma deyil. O, məqsəd yox, işgüzar məqsədlərə çatmaq vasitəsidir. Bununla bərabər, o, bir sıra tələblərə cavab verməlidir ki, nitqi inandırıcı, bəlağətli, sübutlu, məntiqli, düşünülmüş, həm də, sadəcə, gözəl edir. Nitq işgüzar ünsiyyətin komponenti kimi səs, tövr, mövzu və istifadə edilən vasitələrə görə yaxşı bir müsahibənin keyfiyyətlərinə malik olmalıdır. Bu tələblərdən bir neçəsini müəyyənləşdirək:
1. Nitq əvvəldən axıra qədər çox maraqlı, cəlbedici və faydalı olmalıdır.
2. O, kompozisiya baxımından düzgün tərtib edilməli və girişə, mənanın yerləşdiyi əsas hissəyə və yekuna malik olmalıdır.
3. Nitq fərdi həmsöhbət, yaxud böyük auditoriya qarşısında çıxış üçün nəzərdə tutulmasından asılı olaraq, dinləyicilərə yönəlmiş olmalıdır.
4. Nitq tərkibi müxtəlif olan auditoriyaya hesablanmalıdır.
5. O yalnız eşitməklə qavranılaraq, məqsədə yetişməlidir. Nitqin məqsədi tam olmasa da, bilavasitə çıxışın mövzusu ilə bağlı olmalıdır. Nitqin mövzusunun seçilməsi sizin biliklərinizə və maraqlarınıza uyğun gəlməlidir. Bu zaman aşağıdakı sadə tövsiyələr nəzər alınmalıdır:
a) ədəbiyyata, təcrübəyə, yaxud şəxsi biliklərinizə müraciət etmək;
b) mütəxəssislərlə, bu məsələdə maraqlı olan şəxslərlə, yaxud gözlənilən dinləyicilərlə ilkin söhbətlər keçirmək;
c) çıxışın mümkün variantlarım düşünüb qeyd etmək;
ç) mövzunu daha yaxşı əhatə etmək üçün mövzudan doğan və yaxud onların verəcəyi sualları müəyyənləşdirmək;
f) vəziyyətə, şərtlərə, zamana uyğun mövzu seçmək;
e) auditoriyaya uyğun gələn mövzunu seçmək. Sonuncu halda auditoriyanın spesifik maraqlarını nəzərə almaq lazımdır. Bunun üçün onun əsas, qrup halında, ən mühüm və konkret maraqlarının nə təşkil etdiyini müəyyənləşdirmək lazımdır.
Başlıca maraqlar, adətən, əsas həyat fəaliyyətinə (həyat, sağlamlıq, təhlükəsizlik, nüfuz, etibarlılıq və gələcək rifahın təminatı) aiddir. Əsas maraqlarla əlaqədar olan mövzunun seçilməsi həmişə aktualdır və dinləyicilər adətən bu növ sualların müzakirəsinə, əgər onlar mücərrəd şəkildə qoyulmayıbsa, həvəslə qoşulurlar. Qrup maraqlan - çıxış üçün digər yaxşı mövzudur. Natiq onları müəyyənləşdirdikdən sonra öz nitqi ilə kollektivi daha çox birləşdirir, insanları qrup maraqlan ətrafında cəmləşdirir. Belə maraq kollektiv hobbi, yaxud qruplan birləşdirən motiv ola bilər. Mühüm maraqlar - bunlar təxirəsalınmaz, çox aktual maraqlardır. Belə mövzunun seçilməsi də nitqi uğurlu edir. Nəzərə almaq lazımdır ki, istənilən mövzu aktuallaşdınla bilər. Başlıcası, bunu süni şəkildə etməməkdir, bunun üçün konkret maraqlara diqqət yetirmək lazımdır. Konkret maraqlar - insanların gündəlik maraqlan, onlan ən çox məşğul edən məsələlərdir. Konkret maraqlar öz mahiyyətinə görə insanlann çoxluğunun aktuallaşdınlmış əsas maraqlan, onlann konkret əşyalara tələbatlandır (yaşayış yeri, qida, nəqliyyat, iş şəraiti, əyləncələr və s ). Müxtəlif maraqlan nəzərdə tutaraq, camaat qarşısında çıxışın məqsədlərini formalaşdırmaq tələb olunur. Nitqin konkret məqsədi sadə və anlaşıqlı tezislə ifadə oluna bilər. Məsələn: «Mən sizə yeni vəzifə təlimatlanm izah edərəm». Belə məqsəd sadə və anlaşıqlıdır. Yalnız bir şeyi nəzərə almaq lazımdır ki, konkret məqsəd hamıya məlum olan anlayışlarla formalaşdınlmalıdır. Konkret məqsədi müəyyənləşdirdikdən sonra konkret məqsəd istiqamətini formalaşdırmaq lazımdır. O, auditoriyaya və natiqin özünə istiqamət verir. Məsələ bundadır ki, dinləyicilər öz özlüyündə natiqin hansı motivlərlə hərəkət etdiyini araşdırmağa meyilli deyillər. Buna görə natiq özü nitqlə nəyə nail olmaq istədiyini (məsələn, dinləyicilərə vəzifə bölgüsünün yeni prinsipləri haqqında məlumat vermək istəməsi barədə onlan xəbərdar etmək və bu bölgünün tanışlıqdan dərhal sonra qüvvəyə minəcəyini söyləmək) aydınlaşdırmalıdır. Kütlə qarşısında çıxışın vasitələri sırasında məhz məntiqi vasitələri, isbat və dəlilləşdirmə metodlannı, faktik vasitələri, taktika metodlannı, psixoloji üsullan, quruluş-kompozisiya və təşkilatimetodik vasitələri, xüsusi üsullan və qeyri-verbal təsir üsullannı müəyyənləşdirmək lazımdır.
6. Kütlə qarşısındakı nitqə verilən tələblər
İşgüzar ünsiyyət müxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə, həm söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-olsun, o həmişə özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik və böyük çıxışlarını birləşdirir. Kütlə qarşısında nitq- incə söz sənəti, ritorik çalışma deyil. O, məqsəd yox, işgüzar məqsədlərə çatmaq vasitəsidir. Bununla bərabər, o, bir sıra tələblərə cavab verməlidir ki, nitqi inandırıcı, bəlağətli, sübutlu, məntiqli, düşünülmüş, həm də, sadəcə, gözəl edir. Nitq işgüzar ünsiyyətin komponenti kimi səs, tövr, mövzu və istifadə edilən vasitələrə görə yaxşı bir müsahibənin keyfiyyətlərinə malik olmalıdır. Bu tələblərdən bir neçəsini müəyyənləşdirək:
1. Nitq əvvəldən axıra qədər çox maraqlı, cəlbedici və faydalı olmalıdır.
2. O, kompozisiya baxımından düzgün tərtib edilməli və girişə, mənanın yerləşdiyi əsas hissəyə və yekuna malik olmalıdır.
3. Nitq fərdi həmsöhbət, yaxud böyük auditoriya qarşısında çıxış üçün nəzərdə tutulmasından asılı olaraq, dinləyicilərə yönəlmiş olmalıdır
. 4. Nitq tərkibi müxtəlif olan auditoriyaya hesablanmalıdır.
5. O yalnız eşitməklə qavranılaraq, məqsədə yetişməlidir. Nitqin məqsədi tam olmasa da, bilavasitə çıxışın mövzusu ilə bağlı olmalıdır. Nitqin mövzusunun seçilməsi sizin biliklərinizə və maraqlarınıza uyğun gəlməlidir. Bu zaman aşağıdakı sadə tövsiyələr nzər alınmalıdır:
a) ədəbiyyata, təcrübəyə, yaxud şəxsi biliklərinizə müraciət etmək;
b) mütəxəssislərlə, bu məsələdə maraqlı olan şəxslərlə, yaxud gözlənilən dinləyicilərlə ilkin söhbətlər keçirmək; c) çıxışın mümkün variantlarım düşünüb qeyd etmək; ç) mövzunu daha yaxşı əhatə etmək üçün mövzudan doğan və yaxud onların verəcəyi sualları müəyyənləşdirmək; f) vəziyyətə, şərtlərə, zamana uyğun mövzu seçmək; e) auditoriyaya uyğun gələn mövzunu seçmək. Sonuncu halda auditoriyanın spesifik maraqlarını nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |