Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə67/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   63   64   65   66   67   68   69   70   ...   142
1634046683046 Mühazirələr 1

5.XƏBƏRDARLIQ və HESABAT

"Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir



HESABAT "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin