TƏRCÜMEYİ-HAL
Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyuram. Atam, Vaqif Famil oğlu Hacıyev 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur, özəl bankda işləyir. Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur, evdar qadındır.
İmza: V.Hacıyev 03.04.15.
3.PROTOKOL
Protokol" yunanca protok "ilk, birinci vərəq", kolos "yapışdırmaq"sözlərinin birləşməsindən düzəldilmişdir. Kollektivlərdə
keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün s
ədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol adlanır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə bilər. Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır:
1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük hərflərlə yazılır.
2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir.
3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir.
4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır.
5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi" sözü yazılır.
6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur. 7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır. 8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu imzalayırlar.
4.İZAHAT
«İzahat» sözü ərəbcə «izah» sözündəndir. “İzah” ərəbcə açıq, aydın, ətraflı surətdə anlatma, ifadə etmə deməkdir. İzahat isə izahın cəmidir. Hər hansı bir hadisəyə açıqlama vermək, aydınlıq gətirmək, ətraflı surətdə anlatma üçün izahat tələb olunur. Bəzən yazılı olduqda buna izahatnamə də deyilir. Amma ən çox izahat şəklində işlədilir. İzahat yazılı və ya şifahi olur. Müdiriyyətin və ya vəzifəli şəxsin tələbindən asılı olaraq izahat müxtəsər və müfəssəl ola bilər. İzahat hüquqi sənəd deyil. Amma lazım geldikdə şahidlərin izahatından bir mənbə kimi istifadə edilir. İzahatın forması ərizəyə oxşayır. Belə ki, ərizədə olduğu kimi əvvəlcə vərəqin sağ tərəfindən (sol tərəfdə 5-6 sm buraxmaqla) izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı, soyadı göstərilir. Aşağıda izahat verənin kimliyi, adı, atasının adı və soyadı göstərilir. Vərəqin ortasında «İZAHAT» sözü yazılır
Dostları ilə paylaş: |