Mövzu: Xasiyyətnamə, tərcümeyi- hal, izahat, akt, xəbərdarlıq, hesabat
Plan:
1.Əmr, fərman, sərəncam
2Xasiyyətnamə
3.Tərcümeyi-hal
4.İzahat
5.Protokol
6.Hesabat və akt
1.XASİYYƏTNAMƏ
"Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona
oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır: 1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır. 2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir. 3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır. 4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur. 5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir. 357 6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.
Nümunə:
Xasiyyətnamə Verilir 1999-cu il noyabr ayının 30 da Bakıda anadan olmuş, azərbaycanlı, orta təhsilli, bitərəf Əyyub Etibar oğlu Pirverdiyevə. Pirverdiyev Əyyub Etibar oğlu 2016/2017-ci tədris ilində Bakı Dövlət Universitetinə daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək səviyyədə toplamış və hazırda II kursda oxuyur. Bu müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuş, heç vaxt dərslərə gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, dekanlıqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli vətənpərvərlik mövzusunda hazırladığı məruzə tələbələrin illik praktik konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür. Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir.
Filologiya fakültəsinin dekanı: (imza) A.A.S.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri: (imza) B.A.C
26 fevral 2017-ci il
Dostları ilə paylaş: |