2.Tərcümeyi-hal .
Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə “tərçi” ( geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya (yazıram) deməkdir. Fikrimizcə, avtobioqrafiya sözü tərcümeyi-hal sözünə nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. Bioqrafiya isə kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. Avtobioqrafiya – müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – həm ədəbi janr, həm də rəsmi sənədə aiddir.
Tərcümeyi-hala verilən tələblər aşağdakılardan ibarətdir.
1. Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməli; 2. Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı; 3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır. Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır. Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir. Tələbələrdə tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün onları aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır:
1. Başlıq:
Tərcümeyi-hal
2. Adı, soyadı və atasının adı
3. Doğuldğu il, ay, gün, yer
4. Məktəbəqədər dövr 5. Məktəb dövrü
6. Tələbəlik dövrü
7. Universitetdə apardığı ictimai vəzifə
8. Nailiyyətləri (mükafatları, təltifləri
9. Ailə üzvləri haqqında qısa məlumat
10. Tərcümeyi-halın yazılma tarixi
11. Tərcümeyi-halı yazanın şəxsi imzası.
Nümunə:
Dostları ilə paylaş: |