Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Rəsmi- əməli üslubun özəllikləri



Yüklə 262,64 Kb.
səhifə63/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   59   60   61   62   63   64   65   66   ...   142
1634046683046 Mühazirələr 1

5.Rəsmi- əməli üslubun özəllikləri

Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin dili. Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: - dilin maksimum mükəmməlliyi; - fikrin tam aydınlığı; - fikrin (sözlərin) birmənalılığı; - fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) - dil yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi-işgüzar üslubun şifahi forması olmur. 

 


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin