Mövzu Əqdlər Plan Əqdlərin anlayışı və əlamətləri Əqdlərin növləri


Əqdlərin formaları. Əqdlərin etibarsızlığı



Yüklə 30,6 Kb.
səhifə3/4
tarix14.04.2022
ölçüsü30,6 Kb.
#55330
növüDərs
1   2   3   4
Mövzu 7 - копия

3. Əqdlərin formaları. Əqdlərin etibarsızlığı

Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması adlanır. Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır: yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha geniş açır;mülki dövriyyənin işirakçılarına öz iradələrini dəqiq ifadə etməyə və müqaviləni dəqiq yerinə yetirməyə imkan verir; əqddən irəli gələn öhdəliklərin tərəflərdən birinin yerinə yetirməməsi hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir.

Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər – tərəflərin adları, əqdin məzmunu, iştirakçıların imzaları göstərilməlidir. Bu cür əqdlərin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə - müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi də sadə yazılı əqdlərə aiddir.

Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin notariat qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.



Yüklə 30,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin