Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə25/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   21   22   23   24   25   26   27   28   ...   148
Mövzu 6

MeŞələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cə-hətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fon-dundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur.

Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Su kadastrı – vahid metodika üzrə tərtib olunan su obyektləri, səthi və yeraltı sular haqqında hidroloji məlumatların məcmusudur. Su kadastrı su resurslarının qiymətləndirilməsi, su təchizatının xarakteristikası və ayrı-ayrı ərazilərdə su resurslarından istifadə planlarının tərtib edilməsi üçün nəzərdə tutulmuşdur.

Təcrübədə, su və torpaq kadastrı ilə yanaşı, vergi və sənət kadastrlarından da istifadə edilir.

Azərbaycan Respublikasında su kadastrı müvafiq dövləq orqanları tərəfindən aparılır. Nazirlə Kabinetinin qərarı ilə bu işə Ekologiya və təbii sərvətlər nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC baxır.

Ekologiya və təbii sərvətlər nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC dövlət su kadasrtrının aparılması zamanı elmi - metodiki prinsipləri işləyir, su obyektləri haqqında məlumatları sistemləşdirib, analiz edib və qoruyub saxlayır, dövlət su kadastrının informasiya fondunu yaradır, dövlət müəssisə və təşkilatları su kadastrı məlumatları ilə təmin edir, suyun cari və gələcək qiymətləndirməsini həyata keçirir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin