Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Kənd təsərrüfatının resurs təminatının iqtisadiyyatı



Yüklə 0,95 Mb.
səhifə33/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   29   30   31   32   33   34   35   36   ...   148
Mövzu 6

7.3. Kənd təsərrüfatının resurs təminatının iqtisadiyyatı


Kənd təsərrüfatının inkişafında bütün təbii amillər; su, iqlim, torpaq, temperatur iştirak edir. Yer kürəsində qeyd olunan faktorlar eyni olmadığından kənd təsərrüfatının inkişaf istiqamətləri bir-birindən fərqlənən xüsusiyyətlərə malikdir^ənd təsərrüfatının əsas xammal bazası sayılan torpaq atmosferlə yer qabığının qarşılıqlı əlaqəsi nəticəsində əmələ qəlir. Lakin yer kürəsində torpaq əmələ gəlmə prosesi eyni olmadığından kənd təsərrüfatında məhsuldarlıq da eyni iqtisadi göstəricilərə malik olmur. Bu istər təbii, istərsə də iqtisadi cəhətdən torpağin əmələ gəlməsini təbiətdən asılı olaraq rus alimi V.V.Dokuçayev zonnallıq qanunu kəşf etdi. O, zonallıq qanununa əsaslanaraq qeyd edirdi ki, hər bir təbii zonanın təbii şəraitinin bir elementinin necə olmasını mənə de, mən onda bütün başqalarının necə olduğunu elmi əsaslarla söyləyim. Yer kürəsinin quru sahəsinin tutduğu sahə 149 mln. km^ olub^ zonallıq üzrə aşağıdakı kimi paylanmışdır. Ümumi ərazinin 10,8%-i buzlu, 21,8 %-i qara torpaq, çöl, 18,3 %-i səhra və yarımsəhra, 12,1 %-i meşə, 14,2 %-i laterit, 15,2 %-i dağlıq sahələr, 4%-i tundra,

3,6 % - allüvial sahələri təşkil edir. Qurunun kənd təsərrüfatı baxımdan iki əsas elementi vardır: düzənlik sahələr və dağlıq sahələr. Adətən dünya ərazisində

düzənlik sahələr- əkinçilik, dağlıq sahələr isə heyvandarlığın inkişafı üçün əlverişli hesab edilir. Düzənlik sahələrdə hər bir ölkənin təbii iqtisadi şəraitinə uyğun olaraq əkinçiliyin müvafiq sahələri inkişaf etdirilir. Düzənlik sahələri müqayisə etdikdə Gürcüstanın Kolxida ovalığı ilə Azərbaycanın Kür-Araz ovalığında iqlim xüsusiyyətlərinə görə bir-birində fərqli olan bitkiçilik sahələri inkişaf etmişdir.

Kolxida ovalığında rütubətli, subtropik iqlim olduğu üçün burda portağal, çay, mandarin, limon və s. sitrus bitkiçiliyi inkişaf etmişdir. Lakin Azərbaycanın KürAraz ovalığında isə quru subtropik iqlim inkişaf etdiyindən burada əsasən pambıq, tütün, üzüm, giləmeyvə,' bostan-tərəvəz və s. bitkiçilik sahələri inkişaf etmişdir.

Dünyada əkinçilikdə təbiətdən istifadədə And və Pamir dağlıq ərazilərində yaşayan insanlar daha böyük təcrübə əldə etmişlər. Dünyada ən hündür əkin sahəsi dəniz səviyyəsindən 4400 m yüksəklikdə olan And dağlıq qurşağında yerləşir.

Pamirdə isə yüksək dağlıq kartof əkini 4000 m-ə qədər çatır.

And dağlıq sahəsinin iqlim xüsusiyyətindən asılı olaraq hər yüksəklik qurşağının 'öz təsərrüfat sahəsinə mənsub bitkiçilik sahəsi inkişaf etdirilir. Dağlıq ərazinin yüksəklik qurşaqları üzrə bitkiçilik sahələrinin inkişaf istiqamətlərini verməyi―məqsədəuyğun hesab edirik.


  1. 1800-m-ə qədər yüksəklikdə banan və portağal;

  2. 2500 m-ə qədər yüksək sahələrdə şəkər qamışı;

  3. 3500 m-ə qədər yüksəklikdə qarğıdalı;

  4. 3700 m-ə qədər yüksəklikdə buğda;

  5. 5) 4000 m yüksəklikdə arpa yetişir.

Yer kürəsində dağlıq ərazilərdə iqlim amillərindən də asılı olaraq kənd

təsərrüfatı sahələrinin fərqli cəhətləri aşkar olunur. Kənd təsərrüfatmın inkişafında əhəmiyyət kəsb edən sahələrdən biri də su ehtiyatlarıdır. İstər bitkiçilikdə, istərsə də heyvandarlığın inkişafında şirin su ehtiyyatı xüsusi əhəmiyyət kəsb edir. Dünyanın zəngin su ehtiyatına malik olmasına baxmayaraq şirin su ehtiyatın cəmi 2,8 %-ni təşkil edir. Qalan faizi duzlu suların payına düşür. Şirin sular ən çox çaylarda cəmlənmişdir. Odur ki, çay şəbəkəsi sıx olan regionlarda suvarma şəbəkəli torpaq sahələri daha üstünlük təşkil edir. Çaylar əkin sahələrinin süni suvanl- masında müstəsna əhəmiyyətə malikdir. Dünyada hazırda suvarılan torpaq sahələri 270 mln. ha-dan artıqdır. Hesablamalara görə 1 ha sahəni suvarmaq üçün ən azı 10 min m^ qədər su sərf etmək tələb olunur. Suvarılan əkin sahələri çaylardan ildə 2500 km^ su alır. Çəltik və pambıq üçün hər hektarında su ilə təmin etmək üçün 14- 15 min m^ (bəzi həllarda 60 min m3 ) su tələb edir. İnsanlar çay sularından istifadə etmək üçün onu öz tələbatına uyğunlaşdırır. Su ehtiyatları olmayan əraziləri su ilə təmin etmək üçün su anbarları tikməklə torpaq sahələrini istehsal dövriyyəsinə cəlb edirlər. Eyni zamanda suvarmada göllərin suyundan istifadə olunur. Yer kürəsində tədqiqatlara görə şirin su ehtiyatına malik göllərin sahəsi 2682 min km‗ təşkil edir ki, burada olan suyun həcmi 250 min km3 -dən artıqdır. Hələ qədim zamanlarda insanlar göl sularından təsərrüfatda səmərəli istifadə etmək üçün göllər ətrafında əkinçiliyi inkişaf etdirmişlər. Hal-hazırda suvarma şəbəkəli torpaqların istifadəsində yeraltı sulardan artezyan quyuları vurulmaqla istifadə olunur. Tədqiqatlara görə yeraltı su axınları zəngin ehtiyatlara malik olub, əhalinin və kənd təsərrüfatının suvarmaya olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatının inkişafında mühüm rol oynayan faktorlardan biri dəmyə şəraitində əkinçiliyin inkişaf etdirilməsidir. Dəmyə şəraitində əkinçiliyin inkişafı əsasən alçaq və orta dağlıq ərazilərin mülayim iqlim şəraiti olan əraziləri üçün xarakterikdir. Azərbaycanda dəmyə şəraitində əkinçiliyin inkişafı Böyük və Kiçik

Qafqaz dağlarının alçaq və dağlıq ərazilərində taxılçılığın, texniki bitkiçiliyin (kartof, qarğıdalı, tütün və s.) üzümçülüyün inkişafı ilə səciyyələnir. Heyvandarlığın inkişafında dağlıq ərazilərindən yay otlaqları kimi istifadə

olunmaqla heyvandarlıq məhsullarını artırmaq imkanları vardır.

Torpağm iqtisadi qiymətləndirilməsi torpağın məhsuldarlığı ilə müəyyən olunur. Eyni zamanda məhsuldarlığa biokimyəvi və mexaniki tərkibi də təsir göstərir. Bunlara torpağın çürüntü tərkibi, mineral duzları, mik- roelementlərin miqdarı, mikroorqanizmdən doyma tərkibi və s. faktorlar daxil edilir. Qeyd olunan faktorlar torpağın iqtisadi məhsuldarlığına, yəni onun mədəni bitki yetirmə qabiliyyəti ilə müəyyən olunur. Torpağın yaxşılışdırılması məhsuldar qüvvələrin inkişaf səviyyəsi və insanların ictimai münasibətlərinin xarakteri ilə sıx bağlıdır.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin