Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Metallurgiya sənayesinin struktur modeli



Yüklə 0,95 Mb.
səhifə31/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   27   28   29   30   31   32   33   34   ...   148
Mövzu 6

Metallurgiya sənayesinin struktur modeli

Çuqunun əsas istehsalçıları MDB ölkələrində Rusiya, Ukrayna, Qazaxıstan, Xarici Avropada -Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Rumıniya,

İspaniya, Belçika, İsveç, Xarici Asiyada-Yaponiya, Çin, Hindistan, Koreya

Respublikası, Şimalı Amerikada- ABŞ, Kanada, Latın Amerikasında -Braziliya, Meksika, CAR, Avstraliya hesab edilir.



Əlvan metallurgiya sənaye əhəmiyyətli təbii resursların təhlili və iqtisadi qiymətləndirilməsi. Metallurgiyanın ikinci mühüm aparıcı sahəsi əlvan metallurgiya olub, əsasən əlvan metalların bazası əsasında inkişaf etdirilir. Əlvan metallurgiya sənayesində müasir dövrdə 70-dən çox əlvan metal növlərindən istifadə olunur. Əlvan metallurgiyanın inkişafı indiki bazar iqtisadiyyatı şəraitində dünya ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayan elektrikləşdirmənin, atom texnikasının, radiotexnikanın, aviasiyanın, raketqa- yırmanın və digər sahələrin inkişafı üçün lazım olan materiallarla təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də dünyanın bir çox ölkələrində əlvan metallurgiyanın inkişafına xüsusi fikir verilir. Əgər litosferdə metallurgiya sənaye əhəmiyyətli təbii resursların təsnifatını versək onda görərik ki, əlvan metallurgiya əhəmiyyətli resurslar say etibarı ilə çox olmaqla dünyanın bütün ərazilərində yayılmış və istehsal dövriyyəsinə cəlb olunmuşdur. Əlvan metallurgiyada ən çox işlədilən polimetallar (qurğuşun, sink, gümüş və s.) əsasən Rusiyada (Altayda), Kanadada (Payn Poynt), Avstraliyada (Broken-Xill), gümüşün isə dünyada ən böyük ehtiyatı ABŞ-da (Aydaxo Ştatında) geniş yayılmışdır.

Manqan yataqları- Nikopol, Çiaturi (Rusiya), Fras- vil (Qabon), HanqpurBalaqal (Hindistan), həmçinin Cənubi Afrika Respublikası hesab olunur. Mis yataqları- Zair, Zambiya, Mərkəzi Qazaxıstan, Ural (Rusiya), Çukikamata (Çili), Boksit yataqları (alüminium istehsalı üçün)- Qanaserra leone (Qvineya

Respublikası), ehtiyatL 1,5 milyon ton olan Vilyamsfıld (Yamayka), ehtiyyatı 600 milyon ton olan Kaledoniya yataqları (Avstraliya);

Qalayın ehtiyyatlan 4 mln. tondan artıq olan Malakka, Birma, Tayland,

İndoneziya, Kolumbiya hesab olunur.

Almaz yataqları Yakutiyada (Rusiya), Kassai (Zair) və.s ərazilərdə aşkar olunmuş və həmin ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması əlvan metallur- giyanın bir cox sahələrinin inkişafına təsir göstərmişdir.Bazar iqtisadiyyatı şəraitində dünyanın bir cox ölkələri müştərək şəkildə həmin resursları istehsala cəlb etməklə əlvan metallurgiyanın sürətli inkişafına nail olurlar. Əlvan metallurgiya sənaye məhsulları yüksək enerji tutumlu olduğundan adətən həmin sahələr enerji və su

mənbələrinə yaxın yerləşdirilir.

Əlvan metallurgiyada ən cox istifadə edilən məhsullardan biri alüminiumdur.

Dünyanın 80-dan artıq ölkəsində alüminium istehsal olunaraq aviasiyada, elek- trotexnikada və s. sahələrdə geniş istifadə olunur.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin