7.2. Metallurgiya və kimya sənayesində təbii resursların ümumi iqtisadi
əsaslandırılması
Təbiətdə mövcud olan resurslar insan cəmiyətinin istifadə edə biləcəyi və ondan artıq resurslardan ibarət olub, sənaye sahələrinin inkişafında cox mühüm əhəmiyyət kəsb edir. Təbiətdə metallurgiya əhəmiyyətli təbii resurslar geniş miqyasda yayılmaqla, zəngin potensial imkanlara malikdir. Dünyanın bütün ərazilərində metallurgiya sənaye əhəmiyyətli resursların istehsal dövriyyəsinə cəlb olunması, istehsal sahələrinin inkişafında xüsusi rol oynayan istehsal vasitələrinin inkişafına zəmin yaratmışdır. Yer kürəsində metallurgiya sənaye əhəmiyyətli resurslar yalnız quruda deyil, eyni zamanda dünya okeanlarında və dənizlərində geniş şəkildə yayılmışdır. Yer qabığının müxtəlif inkişaf mərhələləri ilə əlaqəli olaraq metallurgiya əhəmiyyətli filiz və qeyri - filiz sərvətləri əsasən qədim kristallik bünövrəyə malik olan dağlıq ərazilərdə inkişaf etmişdir. Bu cür ərazilərə Amerika kontinentində ―Appalac‖, ―And-Kordilyer‖, ―Kanada yaylası‖, Avropada ―Penin dağları‖, ―Ural‖, və s. misal göstərmək olar. Ümumilikdə metallurgiya əhəmiyyətli resursların inkişafına görə dünyada doqquz əsas dağ-mədən sənaye rayonu müəvyən olunmuşdur; 1) ABŞ, Kanada, Meksiksa; 2)Latın amerikası;
3)Xarici Avropa; 4)MDB ölkələri; 5) Çin; 6) Şimali Afrika və Cənubi-Qorbi Asiya; 7) Şimali Afrika; 8) CAR; 9) Avstraliya. Metallurgiya əhəmiyyətli təbii ehtiyatlarla zəngin olmaqla tərkibinə görə bir birindən fərqlənən qara metallurgiya əhəmiyyətli təbii resurslar, əlvan metallurgiya əhəmiyyətli təbii resurslardan ibarətdir. Müasir şəraitdə yerin təkindən hasil edilən 25 mühüm sərvət növləri qeydə alınmışdır ki, onlardan dəmir, manqan, xrom, volfran, nikel, molibden, vanadium, kobalt, mis, sink, qurğuşun, qalay, civə, boksit, maqne- zium və s. sənaye üçün əsas xammal hesab edilir.
Müasir metallurgiya üçün xarakterik cəhət təbii resurslardan istifadə zamanı istehsal sahələrinin xammal bazasına yaxın yerləşdirilməsi iqtisadi səmərəliliyin əsas göstəricilərindən biri sayılır. Metallurgiyanın inkişafı digər sənaye sahələrinin inkişafı üçün lazım olan istehsal vasitələrini və müxtəlif avadanlıqların istehsalını həyata keçirir. Təbii resurslardan istifadə xarakterinə görə metallurgiya sənayesi iki sahəyə: qara və əlvan metallurgiya sənaye sahələrinə ayrılır, Qara və əlvan metallurgiya sənaye sahələri bilavasitə dünyanın ən qədim dağlıq ərazində zəngin filiz və yaxud dağ -mədən sənayesinin yüksək səviyyədə inkişaf etdiyi ərazilər üçün xarakterikdir.
Qara metallurgiyanın iqtisadi səmərəliliyi filizin hasilatına, emalına və daşınmasına sərf edİIən kapitalla müəyyən olunur. Bu səbəbdən də dünyanın bütün ölkələrində qara metallurgiya sənayesi xammal bazaları yaxınlığında yerləşməsi prinsiplərinə tam uyğundur. Dünyanın qara metallurgiya üçün mühüm dəmir filizi hövzələri aşağıdakı cədvəldə aydın əks olunmuşdur (cədvəl 5). Dünyanın mühüm dəmir filizi hövsəsi rayonları
-
Rayon və hövzə
|
jÖlkə
|
Təstiq olunmuş ehtiyat
(milyard ton)
|
Dəmir filizin
tərkibində
olan Fe
|
Xammersli hövzəsi
|
Avstraliya
|
11,7
|
62
|
“Üçbucaq Dəmir filizi” rayonu
|
Braziliya
|
6,0
|
62
|
Karajas rayonu
|
Braziliya
|
5,0
|
67
|
Mesabi-Reyndj rayonu
|
ABŞ
|
5,0
|
61
|
Karol-Leyk hövzəsi
|
Kanada
|
2,7
|
38
|
Sınqxbum rayonu
|
Hindistan
|
2,0
|
60
|
Simen hövzəsi
|
CAR
|
1,3
|
64
|
Lotaringiya hövzəsi
|
Fransa
|
2,1
|
32
|
Ural rayonu
|
Rusiya
|
4,0
|
50
|
Aparılmış hesablamalara görə ümumiliklə dünyada qara metallurgiyanın əsas xammalı hesab olunan dəmir filizinin ehtiyatı 800 milyard ton müəvyən olunmuşdur. Həmin ehtiyatlar əsasən Çində, ABŞ-da və s. ölkələrdədir. Qara metallurgiyada mühüm rol oynayan dəmir filizi istehsalı ildən-ilə artmaqdadır. Hazırda ildə dünyada bir milyard tondan artıq dəmir filizi istehsal olunur ki, onun əsas istehsalçıları Avstraliya, Braziliya, Çin, Hindistan, Rusiya, Ukraniya, ABŞ, Kanada, CAR hesab olunur. Azərbaycanda zəngin dəmir filiz ehtiyatlarının olmasına baxmayaraq (Daşkəsən) onun istehsalı potensial imkanlarından çox-çox aşağıdır. Gələcəkdə dəmir filizi ehtiyatlarından səmərəli istifadə olunması qara metallurgiya sənaye məhsulları içərisində mühüm yer tutan polad istehsalının inkişafını daha da sürətləndirər.
İqtisadi qiymətləndirmədə polad qara metallurgiyanın digər məhsulları ilə müqayisədə üstünlük təşkil etməklə, bir çox istehsal sahələrində işlədilir. Dünyada
əsas polad istehsalçıları Braziliya, Avstraliya, Hindistan, Kanada, İsveç, CAR, Venesuela hesab edilir.
Qeyd olunmalıdır ki, müasir dünyada polad istehsalında xarici asiya ölkələri (xüsusilə Çin) birinci yer tutur. Çin hətta dünyada liderlik edərək ildə 200 min tona qədər polad istehsal edir. Eyni zamanda Yaponiya- 150 mln ton, Hindistan, Koreya aparıcı ölkələrdən hesab edilir.
Polad istehsalında rayonların təhlili göstərir ki, ümumi məhsul istehsalında xarici Asiya-43%, xarici Avropa-24%, Amerika-21 %, Afrika, Avstraliya və Okeaniya-2%, MDB ölkələri isə 10% təşkil edir.
Qara metallugiyanın əsas məhsullarından biri çuqun istehsalıdır. Aparılan iqtisadi təhlillər göstərir ki, dünyada ildə 600 milyon tondan artıq çuqun istehsal olunur. Çuqundan dəmir yolunda relslərin hazırlanmasında, dekorativ metal məmulatların istehsalında, bir cox sənaye sahələrində geniş tətbiq olunur .
Dostları ilə paylaş: |