Kimya sənaye əhəmiyyətli resursların istifadəsi. Kimya sənayesi çox funksional sturuktura malikdir. Başqa sənaye sahələri ilə müqayisədə Elmi Texniki Tərəqqinin nailiyyətlərindən səmərəli istifadə dünyanın inkişaf etmiş ölkələrində bu sahənin sürətlə inkişafına təsir göstərmişdir. Kimya sənayesində istər əhalinin lazımı təsərrüfat mallarına olan tələbatını pmin elmək, istərsə də xalq təsərrüfatının digər sahələrinin kimya sənaye məhsullarına olan tələbatını təmin etmək üçün məhsullar istehsalını həyata keçirir. Kimya sənaye əhəmiyyətli resursların dünyanın bir çox ölkələrində yayılmasına baxmayaraq, bu sahənin ilkin inkişafı Avropa regionunda başlamış, sonrakı inkişaf mərhələsində dünyanın bir çox ölkələrində surətlə inkişaf tapmışdır. Hazırda dünya iqtisadiyyatının dayanıqlı inkişafında prioritet sahələrdəndir.
Kimya sənayesi ETT-nin naliyyəlləri sayəsində təbiətdə mövcud olan əsas resurslar, neft, təbii qaz, kokslaşan kömür, yod, brom, mineral duzlar və s. xammal şəklində istehsal dövriyyəsinə cəlb olunmaqla bir çox istiqamətlərdə kimya sənaye məhsulları istehsalına zəmin yaradır. Dünya iqtisadiyy'atının davamlı inkişafında kimya sənayesi, xüsusilə neft-kimya sənayesi strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Kimya sənayesinin əsas məhsulları mineral gübrələr, plastik kütlələr, kimyəvi liflər, sintetik kauçuk, müxtəlif turşular, yağlar və s. hesab olunur. Qeyd olunmalıdır kİ, dünyada ildə 200 milyon ton mineral gübrələr, 100 mln. tondan artıq plastmas materiallar, 20 milyon ton kimyəvi liflər
10 mln. tondan artıq sintetik kauçuk istehsal olunur. Mineral gübrələrin istehsalçıları ABŞ, Çin, Kanada, Rusiya, Hindistan, Fransa, Almaniya, İndoneziya, Ukrayna və Belarus hesab olunur (şəkil 9).
Kimya sənayesi üçün lazım olan xammal təbiətin bütün sferalarında litosferdə, atmosferdə, hidrosferdə, biosferdə mövcuddur. Elm və texnikanın müasir nailiyyətlərindən istifadə olunmaqla həmin sferalarda olan resursların istehsal dövriyyəsinə cəlb olunması üçün əlverişli şərait yaranır. Həmin resursların istifadəsi nəticəsində kimyanın yeni sənaye sahələri: mineral xammal hasil edən mədən kimyası - duzlar, turşular; mineral gübrələr istehsal edən əsas kimya; karbohidrogen istehsalını həyata keçirən üzvü sintez kimyası; plastik kütlələr, kimyəvi liflər istehsal edən polimer kimyası; avtomobil şinləri, polietilen pliyonkalar istehsalını hazırlayan emal kimyasından ibarətdir. Son illərdə kimya sənaye sahələri öz inkişafına görə bir çox şairələri: mədən kimyası, üzvü sintez
kimyası, polimer kimyası, emal kimya sənayesini Özündə birləşdirir Kimya sənayesinin struktur tərkibi.
Həmin təbii ehtiyyatların istehsal dövriyyəsinə cəlb olunması Respublikada kimya sənayesinin yüksək səviyyədə inkişafına zəmin yaratmışdır. Yuxarıda qeyd olunan sahələrin inkişafı təbiətdən alınan xammalarm kimyəvi texnoloji üsüllarla alınması nəticəsində mümkün olur.
İstər metallurgiya istərsədə onunla paralel inkişaf edən kimya sənayesi üçün təbiətdə kifayət qədər xammal ehtiyatları mövcuddur. Həmin ehtiyyatlardan səmərəli istifadə olunması dünya iqtisadiyyatına töhvələr verməklə, hər iki sahənin davamlı inkişafına şərait yaradan amillər kimi qiymətləndirilir.
Dostları ilə paylaş: |