Enerji tutumlu iqtisadi sahələrin inkiŞafı - Enerji tutumlu iqtisadi sahələr energetikanın inkişafı ilə əlaqəli olaraq inkişaf edən iqtisadi sahələr nəzərdə tutulur. Bu cür sahələrə neft sənayesi, metallurgiya, tikinti və maşınqayırma sənaye sahələri daxildir. Qeyd olunan sahələrin ərazi üzrə yerləşdirilməsində xammal və enerji mənbələri əsas götürülür. Dünyanın bir çox ölkələrində ABŞ, Almaniya, Fransa, İngiltərə, Çin və s. ölkələrdə nəhəng metallurgiya kompleksləri xammal bazarları yaxınlığında yerləşdirilir. Eyni zamanda həmin sahələrin enerjiyə olan tələbatı ya daxili mənbələr hesabına, yaxud enerjinin metallurgiya komplekslərinə yaxınlaşdırılması yolu ilə həmin tələbat ödənilmiş olur. Metallurgiya sənayesi xarakterinə görə iki sahəyə: qara metallurgiya və əlvan metallurgiya sahələrinə ayrılır. Qara metallurgiyanın əsas məhsulları polad, çuqun, dəmir filizi və prokat istehsalından ibarətdir. Həmin məhsullar yüksək temperatur şəraitində əridilməklə hazır məhsul vəziyyətinə gətirilir. Əvvəllər bu cür metallurgiya məhsullarının istehsalında mineral yanacaq resurslarından (daş kömür) istifadə etməklə domna peçlərində yüksək temperatur şəraitində istehsalı başa gəlirdi. Qara metallurgiya məhsulları yüksək enerji ilə yanaşı su ehtiyatları ilə təmin olunmasını tələb edir. Bu səbəbdən də həmin sahələr su ilə təmin olunması üçün axar çayların, göllərin və su anbarlarının yaxınlığında olması iqtisadi cəhətdən məqsədəuyğun sayılır.
Resurs tutumlu istehsalın təşkili ölkə iqtisadiyyatının əsas istiqaməti olub, bazar ilə tənzimlənir. Bazarm tələbi ilə uyğunlaşan resurs tutumlu sahələrin inkişafı hər hansı bir ölkənin strateji istiqamətləri müəyyənləşir. Nəticədə isə beynəlxalq iqtisadi münasibətlərin dinamik strukturları təkmilləşir. Resurs tutumlu iqtisadiyyatın yaradılması məhsuldar qüvvələrin tarazlı tənzimlənməsi üçün reallıqlar yaranır, iqtisadiyyatın diversifıkasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasi- yası bu məqsədin gerçəkləşməsinin həlledici İstiqamət^ lərindən birini təşkil edir
Qeyd etmək lazımdır ki, resurs tutumlu iqtisadiyyatın təşkili və idarə olunmasında TMK-m təsir dairəsi çox böyükdür. TMK-ın fəaliyyəti nəticəsində yanacaq- energetika, metallurgiya, kimya və s. resurs tutumlu sənaye kompleksləri dünya iqtisadiyyatının aparıcı sahələrinə çevrilmişdir.
Dostları ilə paylaş: |