Torpağın normativ qiyməti – müəyyən keyfiyyətə və coğrafi yerləşmə mövqeyinə malik sahənin hesablama dövrü üçün potensial özünüdoğrultmaya (xərclərini çıxarma) əsasən dəyərini səciyyələndirən göstəricidir. Torpağın normativ qiyməti torpağı mülkiyyətə verərkən torpaq münasibətlərinin iqtisadi tənzimlənməsində istifadə edilir. Torpaq irsən keçəndə, bağışlananda, girov qoyulanda deyilən yanaşma tətbiq edilir. Bu qiymət torpaq vergisində torpaq sahəsinin vahidinə hasil kimi qəbul edilməlidir. Rayonun və ya şəhərin inzibati rəhbərliyi onun qiymətini 25 %-dən çox olmayaraq həm artıra, həm də azalda bilər.
Torpaq vergisinin (müxtəlif səviyyədə) büdcəyə daxil olması kənd təsərrüfatı sahələri və şəhər torpaqları üçün müxtəlifdir. Rusiyada federal büdcəyə daxil olan verginin miqdarı federasiya subyektindən asılı olaraq, təbii-coğrafi amilləri nəzərə almaqla müxtəlif olur. Azərbaycanda torpaqların normativ qiymətləri kadastr qiymətləridir və coğrafi yerləşmədən və şəhərlərin məhəllələrinin əhəmiyyətindən asılı olaraq (ekoloji, iqtisadi, inzibati və s.) müvafiq əmsala vurulur.
Dostları ilə paylaş: |