Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr və əsas prinsiplər



Yüklə 0,95 Mb.
səhifə118/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   114   115   116   117   118   119   120   121   ...   148
Mövzu 6

5. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr və əsas prinsiplər

a) Ətraf mühiti çirkləndirməyə görə ödəmələr:

Ətraf mühiti çirkləndirməyə görə ödəmələr ekoloji pozuntulara görə günahkarın maddi məsuliyyətinin artırılması prinsipinə söykənir və zahiri səmərəyə görə bu məsələ eyni zamanda milli və beynəlmiləl mahiyyət kəsb edir. Bu ödəmələr məhsul istehsalını ümumi xərclərin və ictimai xərclərin real qiymətinə yaxınlaşmasını təmin edə bilər. Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır. Birinci mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə (respublika muxtar vilayət), diyar, vilayət və s. iştirakı ilə təcrübə həyata keçirildi. O vaxt çirklənməyə görə iki metodik yanaşma təklif edildi:



  1. zərər əsasında;

  2. təbiəti mühafizə tədbirlərinə lazım olan zəruri xərclərin məbləği qədər.

Yəni ödəmələr əvvəldən müəyyən edilmiş ekoloji normativlərə nail olmaq üçün kifayət etməli idi. Eksperiment göstərdi ki, təbiətdən istifadənin iqtisadi mexanizminin zəruri hüquqi əsası yaradılmalıdır. Deyilənlər təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət nəticələrin ümumiləşməsinə şərait yaratdı. Eyni zamanda bir çox neqativ hallar da aşkar edildi. Xüsusən, aydın oldu ki, əksər müəssisələr təbiəti mühafizə qanunlarına riayət etməyə hazır deyillər. Bununla yanaşı, ətraf mühitə dair dövlət statistikasında qeyri-təkmillik mövcud olduğu aşkar edildi.

İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O zaman Rusiyada, sonralar isə digər Respublikalarda hər il üçün ətraf mühiti çirkləndirməyə görə ödəmə normativləri müəyyən olunmuşdur. Analoji normativlər Azərbaycanda Respublika Nazirlər Kabinetinin 2 mart 1992-ci il qərarı ilə təsdiq edildi. İki növ normativ müəyyən edildi: həddi yol verilə bilən tullantıları (axıntıları) yerləşdirməyə görə və həmin həddi aşmağa görə.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin