Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi qanunu



Yüklə 124,77 Kb.
səhifə30/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   26   27   28   29   30   31   32   33   ...   47
Felsefe muhazire metnleri

Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi qanunu
Bu qanun inkişafın mexanizmini, yəni, nədən başlanmasını və hansı mərhələlərdən keçməsini göstərir. Bu qanunda bir sıra anlayışlar əks olunmuşdur ki, bu anlayışları bilmədən qanunun mahiyyətini bilmək olmaz. Bu anlayışlar: keyfiyyət, xassə, kəmiyyət, ölçü, sıçrayış, təkamül, inqilab və s. anlayışlardır.
Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız digər predmetlərdən fərqləndirən mühüm xassə və əlamətlərin məcmusudur. Keyfiyyət predmetin müəyyənliyi, mənliyidir. Hər hansı bir predmet keyfiyyətini itirmiş olduqda, öz mövcudluğunu da itirmiş olur.Buna görə də Hegel qeyd edirdi ki, keyfiyyət predmetin özüdür, onu təşkil edən cəhətdir, onsuz predmet özü mövcud olmazdı. Keyfiyyətini itirdikdə, cismin yaşaması dayanır, daha köhnə halında mövcud ola bilmir. Keyfiyyət xassələrdə təzahür edir.
Xassə - predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir. Məs; metalın bərkliyi, ərimə temperaturu, elektrik keçirməsi onun yalnız ayrı-ayrı xassəsidir. Xassə predmetin yalnız bir cəhətini, xüsusiyyətini göstərir, keyfiyyət isə onun bütün cəhət və xüsusiyyətlərini göstərir. Predmet, əgər əgər hər hansı bir xassəsini itirirsə, o, yenə də köhnə halında mövcud olaraq qalır, lakin keyfiyyətini itirirsə, onda o, köhnə halında qala bilmir.
Kəmiyyət dedikdə, obyektin sayı, miqdarı, inkişaf dərəcəsi, dəyişmə intensivliyi və bir sözlə, yertutarlıq ölçüləri başa düşülür. Bir qayda olaraq, kəmiyyət rəqəmlərlə ölçülür: ölçü, həcm, çəki və s.
Müəyyən minimal və maksimal hədlər arasında obyektin kəmiyyət və keyfiyyət uyğunluğuna ölçü deyilir. Hegel qeyd edirdi ki, ölçücismin kəmiyyət keyfiyyətidir. Ölçü pozulduqda, onun “sərhəddi keçildikdə”, cisim köhnə halında qala bilmir, o, başqa cismə çevrilir. Ölçü---kəmiyyətlə keyfiyyətin vəhdətidir, onun pozulması isə kəmiyyət dəyişilməsindən keyfiyyətə keçilməsidir. Məs; civə-390-dən aşağı temperaturda bərkiyir, +3570-də isə qaynayır, yeni keyfiyyət halına keçir. +1000-yə qədər su köhnə keyfiyyət halında qalır, +1000-dən sonra isə yeni keyfiyyət halına keçir. Kəmiyyət dəyişmələri artma və azalmaya, böyümə və kiçilməyə səbəb olur, yəni, yeni keyfiyyət halı doğurmur. Cismin keyfiyyətcə dəyişilməsi isə yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.
Kəsilməzlik (fasiləsizlik)-yavaş-yavaş baş verən, çox az nəzərə çarpan, kəmiyyət yığımı prosesidir ki, burada keyfiyyət dəyişmir, cisim köhnə halında qalır.
Sıçrayış - köhnə keyfiyyət formalarından yeni keyfiyyətə keçid formasıdır. Hər cür keyfiyyət dəyişməsi sıçrayışdır. Lakin onun iki növü fərqləndirilir: tədrici və ani sıçrayış. Tədrici sıçrayışa misal----Yerdə insanın əmələ gəlməsi. Bu proses milyon illər davam etmişdir. Ani sıçrayışa misal: hər hansı bir sosial inqilab. Bu, bir ay, bir gün və bir an içərisində baş verə bilər.
Təkamül - kəmiyyət dəyişməsini nəzərdə tutur. Inqilab isə keyfiyyət dəyişməsinə, sıçrayışa uyğun gəlir. Onlar inkişaf prosesində bir-birinə keçə bilər.
Fəlsəfə tarixində metafiziklər inqilabi sıçrayışları rədd edir, yalnız təkamül artımını, azalma və artmanı, təkrarı qəbul edir.
Kəmiyyət və keyfiyyət uyğunluğunun minimal və maksimal hədlərinə böhran hədləri deyilir.Böhran həddini keçən dəyişmə hökmən keyfiyyət halının dəyişilməsilə nəticələnir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin