Cəmiyyət – sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir hissəsi olan, tarixən inkişaf edən insanların fəaliyyəti formasıdır. Cəmiyyət elə bir inkişaf edən sosial-siyasi və iqtisadi mütəşəkkil vahid sistemdir ki, o, ictimai münasibətlərlə, xüsusilə istehsal münasibətləri ilə səciyyələnir. Sözün dar mənasında isə cəmiyyət – insan tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial orqanizmdir (Məs: fransa cəmiyyəti, Avropa cəmiyyəti).
Fəlsəfə tarixində cəmiyyət anlayışına münasibət müxtəlif olmuşdur. Aristotelə görə, cəmiyyət sosial münasibətləri tənzimləmək üçn insanların birliyidir. T.Hobbs, J.Russo və b. cəmiyyəti insanların öz hərəkətləri üzərində nəzarəti vasitəsi hesab etmişlər. G.Hegel vətəndaş cəmiyyəti ideyasını irəli sürmüşdür. G.hegelə görə cəmiyyətin əsasında iqtisadi münasibətlər durur, həmin münasibətlər hamını və hər kəsi bir-birindən asılı hala salır, birləşdirir.
Cəmiyyət ayrı-ayrı insanların mexaniki məcmusu deyildir, sahmanlı struktura malik olan bütöv bir sistemdir. Cəmiyyətdə insanlar sonsuz sayda əlaqələrdə və qarşılıqlı təsirdə çıxış edirlər. Nəticədə, bütöv sistem, vahid orqanizm qərarlaşır. Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malikdir:
Özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi);
Cəmiyyət iqtisadi, sosial, siyasi və mənəvi sferalara ayrılır. Hər bir sferada insanların fəaliyyəti özünəməxsus, spesifik xarakter daşıyır. İctimai sferalar sırasında iqtisadi həyat mühüm yer tutur. Buraya maddi istehsal, iqtisadi təlabatlar, mənafelər və iqtisadi fəaliyyət ilə əlaqədə olan digər tərəflər daxildir. Cəmiyyətin iqtisadi sferasını əsas etibarilə iqtisadi elmlər öyrənir. Lakin, burada bir sıra məsələlər vardır ki, onlar sosial fəlsəfə ilə sıx bağlıdır. Məsələn: bütövlükdə cəmiyyət ilə iqtisadi həyat arasındakı münasibətlər; iqtisai sferanın cəmiyyətin inkişafına təsiri; iqtisadi sferada obyekt-subyekt münasibətləri; iqtisadi sfera ilə dövlətin münasibətləri və s.
İctimai münasibətlərin daşıyıcısı olan insan fəaliyyəti olmadan cəmiyyətn nə yarana, nə də inkişaf edə bilməzdi. İctimai münasibətlər – cəmiyyətdə insanların müxtəlif həyat fəaliyyəti sahələrində:əmək-isrehsal, sosial-siyasi, mənəvi-mədəni, ailə-məişət, dini və s. sahələrdə yaranan münasibətlərdir. Bunlara əsasən ictimai münasibətlərin növlərini belə qruplaşdırmaq olar:
1. istehsal və ya maddi-iqtisadi münasibətlər (buraya mülkiyyət, mübadilə, bölgü, isrehlak münasibətləri daxildir);
2. Sosial-siyasi münasibətlər (buraya millətlər, siniflər, dövlət və insanlar arasındakı qarşılıqlı fəaliyyəti ifadə edən münasibətlər daxildir);
3. İdeal və ya ideoloji münasibətlər (buraya elmi, mənəvi, əxlaqi, bədii, estetik, dini və s. münasibətlər daxildir);
4. Ailə-məişət və ya fərdi münasibətlər.