Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Azərbaycan Respublikasının iqtisadi inkişafı



Yüklə 124,77 Kb.
səhifə41/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   37   38   39   40   41   42   43   44   ...   47
Felsefe muhazire metnleri

4.Azərbaycan Respublikasının iqtisadi inkişafı
Cəmiyyətimiz 90-cı illərdən başlayaraq, inzibati amirlik iqtisadi sistemindən bazar iqtisadiyyatına keçməyi öz qarşısına başlıca məqsəd qoymuş və ona doğru irəliləməyə başlamışdır. Bazar iqtisadiyyatının formalaşması başlıca olaraq iqtisadi islahatlar yolu ilə edilir. Dövlət mülkiyyəti müəssisələrinin özəlləşdirilməsi, torpaq sahələrinin xüsusiləşdirilməsi, ticarət və digər xidmət sahələrinin özəlləşdirilməsi və digər müvafiq sahələrin xüsusi sektora çevrilməsi haqqında islahatlar realizə olunmuş və olunur. Azərbaycanın azad iqtisadiyyata keçid şəraitində bu prosesi sürətləndirən bir sıra hallar vardır: inkişaf etmiş ictimai əmək bölgüsü; özəlləşdirilməsi zəruri olan müəssisə və obyektlərin çoxluğu; təbii sərvətlərin bolluğu; intellektual kapitalların çoxluğu.


Mühazirə 13. CƏMİYYƏTİN SOSİAL VƏ SİYASİ SFERALARI
P L A N
1. Cəmiyyətin sosial strukturu
2. Cəmiyyətin siyasi sistemi və onun tarixi formaları
3. Dövlət və siyasi partiyalar
4. Azərbaycan Respublikasında demokratiyanın inkişafı


  1. Cəmiyyətin sosial strukturu

Cəmiyyət hansı elementlərdən ibarətdir, onların qarşılıqlı fəaliyyətinin mexanizmi nədir, onların real vəziyyəti necədir – bütün bu suallar istisnasız olaraq cəmiyyətin sosial strukturu ilə bağlıdır. Sosial strukturun öyrənilməsi ayrı-ayrı konkret göstəricilərin – insanların gəliri, təhsil səviyyəsi, məşğulluq sferası, ailə vəziyyəti, eləcə də həyat fəaliyyətinin müxtəlif sahələrinin analizi ilə bağlıdır.
Bir çox meyarlara görə insanların bir-birinə münasibətdə müxtəlif mövqelərəmalik olmasına əsasən, sosial struktur cəmiyyətin obyektiv şəkildə müəyyən birliklərə, siniflərə, təbəqələrə, qruplara bölünməsini ifadə edir. Cəmiyyətin sosial strukturunun elementləri aşağıdakılardır: Cəmiyyətin sosial strukturunun elementləri aşağıdakılardır: sosial qruplar, siniflər, təbəqələr, şəhər və kənd adamları, zehni və fiziki əmək nümayəndələri, sosial demoqrafik birliklər (gənclər, qadınlar və kişilər, yaşlı nəsil), milli birliklər (milli etnik struktur). Milli etnik struktur etnosların və digər sosial etnik birliklərin inkişafını əks etdirir.
Sosial etnik birliklərin tarixi formaları bunlardır: qəbilə, tayfa, xalq, millət.
Qəbilə insanların qan qohumluğuna əsaslanan birliyidir. Qəbilə qəbilə ərazisi, müəyyən iqtisadi ümumilik, vahid dil və s. ilə xarakterizə olunur.
Xalq insanların sosial-etnik birliyidir. Xalq ümumi dil, ərazi, iqtisadi və mədəni ümumiliklə xarakterizə olunur.
Millət vahid ərazi, iqtisadi əlaqələr, dil, mədəniyyət xüsusiyyətləri ilə xarakterizə olunan insan birliyidir.
Ailə insanların kəbin və ya qan qohumluğuna əsaslanan birliyidir. Ailə cəmiyyətin və onun sosial strukturunun təkrar istehsalının mənbəyidir.
Müasir sosial fəlsəfi fikirdə cəmiyyətin stratalara (təbəqələrə) bölünməsi haqqında təlim – sosial stratifikasiya təlimi geniş yayılmışdır. Sosial stratifikasiya - təbəqələşmə deməkdir. Sosial stratifikasiya nəzəriyyəsinə görə cəmiyyətdə təbəqələşməyə səbəb olan əsas amillər aşağıdakılardır:

  1. Peşə nüfuzu

  2. Hakimiyyət və əzəmət

  3. Gəlir və sərvət

  4. təhsil və ya bilik səviyyəsi

  5. Dini mənsubiyyət

  6. Qohumluq əlaqələri




Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin