Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Azərbaycan Respublikasında demokratiyanın inkişafı



Yüklə 124,77 Kb.
səhifə44/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   39   40   41   42   43   44   45   46   47
Felsefe muhazire metnleri

Azərbaycan Respublikasında demokratiyanın inkişafı

Azərbaycanın mövcud siyasi sistemidemokratiyaya keçid mərhələsindədir. Həyata keçirilən islahatlar cəmiyyətimizdə demokratiya ünsürlərinin mövqeyini gücləndirməkdədir. 1995-ci il noyabrın 12-də ölkənin yeni konstitusiyası ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdirilmişdir. Dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə Azərbaycan Prezident üsul-idarəsinə əsaslanan respublika parlamentlərinə uyğundur.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycanda müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşdırılır:
1)Qanunverici hakimiyyət səlahiyyətlərini həyata keçirən Milli Məclis
2)İcra hakimiyyətini həyata keçirən prezident
3)Məhkəmə icra hakimiyyətini həyata keçirən prezident və məhkəmə hakimiyəti.

Mövzu 14. CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI. İCTİMAİ ŞÜUR VƏ ONUN FORMALARI.
P L A N

  1. Mənəvi fəaliyyət və onun səciyyəvi cəhətləri

  2. İctimai şüur və onun səviyyələri (İctimai ideologiya və ictimai psixologiya)

  3. İctimai şüurun formaları




  1. Mənəvi fəaliyyət və onun səciyyəvi cəhətləri

Mənəvi həyat mənəvi fəaliyyət və bu fəaliyyət gedişində insanlar arasında yaranan əlaqə və münasibətlər əsasında formalaşır. Cəmiyyətin mövcudluğunun ilk dövrlərində mənəvi həyat maddi həyatdan tam ayrılmamışdı. Onunla qovuşuq şəkildə çıxış edirdi. Sonralar mənəvi həyat xüsusi fəaliyyət sahəsi kimi seçilib ayrıldı və müstəqil inkişaf etməyə başladı. Cəmiyyət tərəqqi etdikcə mənəvi fəaliyyətin yeni-yeni formaları yaranır və çoxşaxəli bütöv bir sistemə çevrilir.
Cəmiyyətin maddi və mənəvi həyat sahələrinin ayrı-ayrılıqda nəzərdən keçirmək həm onların fərqlərini və spesifikliyini müəyyənləşdirməyə, həm də onların bir-birinə necə nüfuz etdiyini göstərməyə imkan verir.
Cəmiyyətin mənəvi həyatı bütöv bir sistemdir. Onun əsas tərəfləri və elementləri aşağıdakılardır: mənəvi fəaliyyət, mənəvi istehsal, mənəvi təlabatlar, mənəvi ünsiyyət, mənəvi istehlak və mənəvi münasibətlər.
Mənəvi həyatın əsasını mənəvi fəaliyyət təşkil edir. Digər fəaliyyət formaları kimi mənəvi fəaliyyət də aşağıdakı iki mühüm xüsusiyyətə malikdir:
Birincisi, o, ictimai xarakter daşıyır, ikincisi, mənəvi fəaliyyət məqsədyönlü xarakter daşıyır. Birinci onu ifadə edir ki, mənəvi fəaliyyət mənəvi dəyərlərin, şüur məhsullarının yaradılmasına yönəldilmişdir. Onlar cəmiyyətdə çox mühüm rol oynayırlar: insanların özünün formalaşmasının və ətraf mühitin dəyişilməsinin güclü vasitələri kimi çıxış edirlər. İkincisi isə o deməkdir ki, insanların mənəvi təlabatlarını və mənafelərini ödəməyə yönələn fəaliyyəti daim müəyyən məqsəd güdür.
Mənəvi fəaliyyətin daxili məzmununda iki başlıca tərəf vardır:

  1. Mənəvi-nəzəri fəaliyyət, yəni şüur məhsullarının nəzəri istehsalı;

  2. Mənəvi-praktik fəaliyyət. Bu fəaliyyət növü təsir göstərilən obyektin

təkcə fikrən deyil, həm də praktiki dəyişdirilməsilə bağlıdır. Məsələn, təhsildə və tərbiyə prosesində bir tərəfdən şüurda insanın obrazı yaranır, digər tərəfdən isə onun yetişməsinə praktiki təsir göstərilir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin