Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Cəmiyyətin siyasi sistemi və onun tarixi formaları



Yüklə 124,77 Kb.
səhifə42/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   39   40   41   42   43   44   45   46   47
Felsefe muhazire metnleri

2. Cəmiyyətin siyasi sistemi və onun tarixi formaları
Siyasət – dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlərarası münasibətlər üzərində qurulur. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır. O, xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mənəvi mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdır.
Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitəsilə həyata keçirilir. Siyasi münasibətlər böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. Siyasi institutlar vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir. Siyasi ideologiya isə insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideya və nəzəriyyələrin məcmusudur.
Siyasətin mərkəzində hakimiyyət məsələsi durur. Hakimiyyət siyasətin əsası və həyata keçirilmə vasitəsidir. Hakimiyyət insanlar arasında hökmranlıq və tabelik münasibətləri, onları idarə etməyə yönələn mütəşəkkil xarakterli iradə və qüvvədir. Hakimiyyətin ən vacib növü siyasi hakimiyyətdir. Siyasi hakimiyyətin əsas daşıyıcısı dövlətdir. Dövlət hakimiyyəti xüsusi zorakılıq aparatına arxalanır, bütün əhalini əhatə edir, müvafiq idarəetmə strukturunu yaradaraq, öz məqsəd və vəzifələrini həyat keçirir. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, onun 3 qolunu ayırmaq olar:

  1. Qanunverici hakimiyyət

  2. İcraedici hakimiyyət

  3. Məhkəmə hakimiyyəti

Cəmiyyətin siyasi sferası ilə bağlı olan digər anlayış siyasi rejimlərdir. Siyasi rejimlər avtoritar, demokratik, totalitar tiplərdə ola bilər.
Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətlərini, təsisatların, hakimiyyətin təşkili norma və prinsiplərinin məzmununu əhatə edir. Idarəetmənin məzmununa görə siyasi sistemin aşağıdakı formaları mövcuddur: liberal demokratiya, kommunist sistemi, ənənəvi siyasi sistemlər, avtoritar idarəçilik sistemi.
Siyasi sistemlərin tarixi təsnifatını verərkən onun aşağıdakı formaları göstərilir: imperiya, müasir milli dövlət və konfederasiya.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin