Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Mövzu 15. Mədəniyyət və sivilizasiya. Müasir dövrün qlobal problemləri



Yüklə 124,77 Kb.
səhifə46/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   39   40   41   42   43   44   45   46   47
Felsefe muhazire metnleri

Mövzu 15. Mədəniyyət və sivilizasiya. Müasir dövrün qlobal problemləri
“Mədəniyyət” anlayışı latın mənşəli (culture) olub.hərfi mənası “torpağı becərmək, tərbiyə etmək, təhsil vermək, ehtiram göstərmək” deməkdir. Bu söz ilk yaranışında obyektdə təbii səbəblərdən fərqli olaraq, insan əməyi ilə yaradılan dəyişiklikləri ifadə etmək, əkin yerlərinin, üzüm sahələrinin şumlandığını bildirmək üçün istifadə edilmişdi. Zaman ötdükcə, insan “mədəniyyət” anlayışının məzmununu genişləndirərək, onu özünün yalnız praktiki fəaliyyəti ilə deyil, ümumiyyətlə maddi və mənəvi fəaliyyətinin bütün sahələri ilə əlaqələndirmişdir. Hazırda mədəniyyətə 600-ə qədər tərif verilir. Aşağıdakı tərif nisbətən geniş yayılmışdır: “Mədəniyyət insanların dünyanı mənimsəməyə yönəlmiş yaradıcı fəaliyyətidir, bu prosesdə maddi və mənəvi dəyərlər yaradılır və istehlak olunur. İnsanın mədəni fəaliyyət subyekti kimi formalaşması baş verir.”
Mədəniyyətin tərkib hissələri elm, təhsil, incəsənət, ədəbiyyat, dil, din və sairdir.
Mədəniyyətin 3 başlica tipi mövcuddur: maddi, mənəvi və sosial mədəniyyət.
Mədəniyyət cəmiyyətdə çox mühüm funksiyalar yerinə yetirir. Bunlar:
1) Yaradıcı funksiya (mədəniyyət insanların yaradıcı fəaliyyəti prosesində aşkara çıxır);
2) Ünsiyyət funksiyası (müəyyən ümumi əhəmiyyətli ünsiyyət vasitələri, təcrübəni və bilikləri ötürən vasitələr olmasydı, vahid mədəniyyət olmazdı.);
3) İdraki-evristik funksiya (mədəniyyət dünyanın ümumi mənzərəsini verməklə kifayətlənmir, o, həm də idrakın daha yaxşı və effektiv formalarını axtarıb tapmağa kömək edir.);
4) Qiymətverici funksiya (bu funksiyanın köməyi ilə dünyanın dərki estetik, siyasi və əxlaqi normalarla əlaqəli şəkildə götürülür.);
5) İnformasiya funksiyası;
6) Təhsil-tərbiyə funksiya
Mədəniyyətin bir sıra xüsusiyyətləri vardır:

  1. Mədəniyyət məzmunca beynəlmiləl, ümumbəşəri sinonimi kimi istifadə olunur.

Sivilizasiyalar texniki-iqtisadi inkişaf dərəcəsinə görə, iqtisadi və sosial proseslərin sürətinə, hakim dini və dünyagörüşü xüsusiyyətlərinə, onların sosial-siyasi və mədəni proseslərdə tutduqları yerə görə, habelə informasiyaların kodlaşdırılması, saxlanılması və ötürülməsinə görə bir-birindən fərqlənir.
Eyni bir sivilizasiya çoxlu mədəniyyətlər yaradır. Məsələn: Avropa sivilizasiyası, fransız, alman, ingilis və s. mədəniyyətləri özündə birləşdirir. Şərq sivilizasiyası Azərbaycan, ərəb, türk, Çin, hind, yapon mədəniyyətlərini özündə birləşdirir.
Iki tip sivilizasiyalar bir-birindən fərqləndirilir: Avropa sivilizasiyası və qeyri-Avropa sivilizasiyası.
Qeyri-Avropa sivilizasiyaları ənənəvi olub, Avropa sivilizasiyasından çox əvvəl yaranmışdır. Ənənəvi cəmiyyətlər çox ləng inkişaf edir, mövcud həyat tərzini yüz, hətta minilliklərlə təkrar istehsal edir. Ənənəvi sivilizasiyanın xarakterik cəhəti: despotik hakimiyyət, təbəələrin hüquqsuzluğu, icma strukturu, şəxsiyyətin ifadəsizliyi, hüququn inkişaf etməməsi, fərdin alçaldılması və s.
Avropa sivilizasiyası Avropada təxminən XV-XVII əsrlərdə formalaşmışdır. Bu sivilizasiyanın sələfi antik mədəniyyət və Avropa xristianlığı olmuşdur.
Yaranma və məhvolma zamanına görə müasir və ölmüş sivilizasiyalar: A. Toynbinin təsnifatına görə hazırda Qərbi xristian, pravoslav, islam, induist, Uzaq Şərq sivilizasiyaları mövcuddur.
Sosial-siyasi həyatın xarakterinə görə ənənəvi və liberal sivilizasiya tipləri:
Cəmiyyətin tarixinə sivilizasion (lokal sivilizasiyalar nəzəriyyəsi) və formasion yanaşmalar.
Sivilizasiya cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.
İ.Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirildikdən sonra sivilizasiya başlanır.
Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə, mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur. Bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir.( Sivilizasiyanın mühüm əlaməti-mədəniyyətin mənimsənilməsi üsulu). Mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir-birindən fərqləndiririk.
Sivilizasiyanın inkişafına və xüsusiyyətlərinə ictimai şüurun dini və fəlsəfi formalarının məzmunu, həmçinin, cəmiyyətin digər dəyərlərinin mənimsənilməsində mühüm vəzifə kimi istifadə edilməsi də təsir göstərmişdir. Çində buddizm və konfusiçilik, Hindistanda buddizm, brəhmənizm, yoqların fəlsəfəsi insanın bütün həyatfəaliyyətinin reqlamentasiyasının müəyyən edilməsində başlıca rol oynamışdır. Qərb sivilizasiyası monolit kult strukturu və təkhakimiyyətliliyin təsirinə az məruz qalmışdır. O, daha çox fəal surətdə elmin, incəsənətin və siyasətin təsiri altında dəyişmişdir. Şərq sivilizasiyası üçün maddi və mənəvi dəyərləri mənimsəmək, həmçinin avtoritar paternalizm, ümumi tabelik, dövlətdə, icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı xarakterikdir.
Texnikanın inkişaf səviyyəsi ilə xarakterizə olunan sivilizasiyalar mövcuddur. Qərbdə sivilizasiyanın tədqiqatçıları (D. Bell, Q.Kan, Z.Bjezinski, R.Aron və b) “onun industriyaya qədər”, “industrial” və “postindustrial” kimi xarakterizə etmişlər. Bu texniki sivilizasiyaların hər biri öz texnika səviyyəsinə, insanın istehsal alətləri ilə birləşməsi, onun əmək vərdişləri və istehsal təcrübəsi, istehsalın idarə formalarına və s. görə fərqlənirlər.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin