Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Cəmiyyətin tarixi inkişafı



Yüklə 124,77 Kb.
səhifə39/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   35   36   37   38   39   40   41   42   ...   47
Felsefe muhazire metnleri

Cəmiyyətin tarixi inkişafı

Cəmiyyətin özüinkişaf edən mürəkkəb sosial sistem olduğunu həm keçmişin, həm də müasir dövrümüzün mütəfəkkirləri etiraf etmişlər və edirlər. Sosial sistemi yaradan amillərə münasibət müxtəlif ola bilər. Belədə bu amillər insanlar arasında maddi münasibətlər kimi və ya mənəvi, ruhi əlaqələr kimi qəbul oluna bilər.
Cəmiyyətin inkişafına dair naturalist istiqamətə görə insan cəmiyyəti təbiətin heyvanat aləminin, son nəticədə kosmosun təbii davamıdır. Cəmiyyətin mövcud quruluşu, tarixi inkişfın gedişi, Günəşin fəallığı, kosmik şüalanmanın səviyyəsi ilə müəyyən olunur. Bu istiqamətin nümayəndələri cəmiyyətin xarakterinin (inkişafının) təbii iqlimlə, coğrafi mühitlə müəyyən olunduğunu söyləmişlər.
İdealist istiqamət hesab edir ki, insanların bütöv bir tam halında birgə yaşayışını təmin edən ideyadır, dindir, dini inamdır.
Fəlsəfə tarixində materialist mövqe isə hesab edir ki, cəmiyyətin inkişafı maddi nemətlərin istehsalı üsulunun xarakterindən asılıdır. İstehsal üsulu bütövlükdə sosial-siyasi və mənəviruhi prosesləri müəyyən edir.
“İctimai müqavilə” nəzəriyyəsinə görə isə cəmiyyət fərdlərdən bu və ya başqa bir formada müqavilə əsasında yaranan birgəyaşayış formasıdır. İngilis filosofu T.Hobbs göstərirdi ki, “təbii” halda insan insanın canavarıdır, insanlar vətəndaş qqanunlarına, azadlıq və ədalətlilik ideyalarına əməl edərək özlərinin mövcudluğunu təmin edirlər.


Mövzu 12. SOSİAL HƏYATIN SFERALARI. İQTİSADİ SFERANIN FƏLSƏFİ TƏHLİLİ.
P L A N

  1. Sosial sferanın xüsusiyyətləri

  2. Məhsuldar qüvvələr və istehsal münasibətləri

  3. Mülkiyyət anlayışı və onun formaları

  4. Azərbaycan respublikasının iqtisadi inkişafı



1. Sosial sferanın xüsusiyyətləri
Sosial fəlsəfə cəmiyyətdə müxtəlif yarımsistemləri və tərəfləri əhatə edən mürəkkəb orqanizm kimi yanaşır. Bütövlükdə götürdükdə, cəmiyyət təbii yarımsistemə və ictimai yarımsistemə ayrılır. Birinci, insan nəslinin istehsalı və təkrar istehsalını, coğrafi mühiti, ölkənin geopolitik vəziyyətini əhatə edir. İkinciyə ictimai həyatın istehsalı və təkrar istehsalı daxildir. Bunlarla yanaşı sosial sistemi birlik formalarına gorə (cəmiyyət, sosial qrup, millət, xalq və s.), yaşayış məskənləri tipinə görə (.əhər, qəsəbə, kənd), habelə peşə, demoqrafik, yaş, cins və s. əlamətlərə görə də bölmək olar. Deyilənlədən əlavə cəmiyyət ictimai sferalar üzrə də təsnif olur. Bunlar sosial, iqtisadi, siyasi və mənəvi sferalardır. Cəmiyyətin sferalar üzrə bölgüsü ictimai həyatın müxtəlif tərəflərini funksional baxımdan vəhdətdə götürür. Belə ki, yuxarıda adı çəkilən dörd sferanın hər birində həm maddi, həm də mənəvi tərəflər əhatə olunur. Cəmiyyətin sosial sferası onun sosial varlığıdır. Sosial sistem daxilində müxtəlif birliklər, siniflər və xırda qruplar, xalqlar, millətlər, ailələr, ictimai istehsalın ayrı-ayrı sahələrindəki kollektivlər formalaşır və fəaliyyət göstərir.


  1. Yüklə 124,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin