Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


İctimai şüur və onun səviyyələri (İctimai ideologiya və ictimai psixologiya)



Yüklə 124,77 Kb.
səhifə45/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   39   40   41   42   43   44   45   46   47
Felsefe muhazire metnleri

2. İctimai şüur və onun səviyyələri (İctimai ideologiya və ictimai psixologiya)
Cəmiyyətin mənəvi həyatının mərkəzini və əsasını ictimai şüur təşkil edir. Bu anlayışlar bir-birinə yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Əgər, mənəvi həyat ən ümumini ifadə edib, geniş əhatə dairəsinə malikdirsə, ictimai şüur onun tərkib hissəsidir, əhatə dairəsi cəhətdən nisbətən məhduddur.
İctimai şüur - insanların əməli fəaliyyətlərində istinad etdikləri və rəhbər tutduqları ictimai ideya və nəzəriyyələrin, siyasi, elmi, hüquqi, fəlsəfi, dini, əxlaqi, bədii baxışların, ictimai hiss, psixoloji vərdiş və mənəvi keyfiyyətlərin məcmusudur. Onun daşıyıcısı müəyyən tarixi dövrdə fəaliyyət göstərən böyük insan qruplarıdır. İctimai şüurun inikas obyekti insanı əhatə edən gerçəklikdir, ictimai varlıqdır.
İctimai şüurun strukturunda ictimai və fərdi şüur fərqləndirilir. Fərdi şüur şəxsiyyətin mənəvi aləmidir, müəyyən konkret şəxsin fikirləri, baxışları, hiss və vərdişlərinin məcmusudur. İctimai şüur isə cəmiyyətin ən ümumi qanunauyğun şüurudur və özündə fərddən fərqli olaraq, müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışları, ideyaları birləşdirir.
İctimai şüurun sosioloji səpkidən təhlili zamanı burada iki əsas səviyyə fərqləndirilir: ictimai psixologiyaictimai ideologiya. Bu mərhələlər ictimai gerçəkliyin anlaşılması dərinliyinə görə fərqli iki pilləni təşkil edir.
İctimai psixologiya adətən, ictimai şüurun emosional təbəqəsini, varlığı ilkin səviyyədə əks etdirən ideya və təsəvvürləri, sosial birliklərin psixik xüsusiyyətlərini, şəxsiyyətin tipologiyasını, kütlə psixologiyasını ifadə edən əlamətlər daxildir.
İctimai ideologiya dedikdə isə mövcud cəmiyyətin sosial-siyasi quruluşunu, müxtəlif etnik birlik və sosial qrupların mənafelərini nəzəri cəhətdən əks etdirən baxış və nəzəriyyələr sistemi başa düşülür.



  1. İctimai şüurun formaları

İctimai şüurun rəngarəng və müxtəlif formaları vardır. Bunlar aşağıdakılardır:əxlaq, din, incəsənət, elm, siyasət, hüquq və s. İctimai şüurun bu formaları arasında möhkəm qarşılıqlı təsir əlaqələri mövcuddur.
İnsanlar arasında normativ fəaliyyəti tənzim etdiyi üçün əxlaqi və hüquqi şüur bir-birinə yaxınlaşır. Lakin, onlar eyni zamanda bir-birindən əsaslı qaydada fərqlənir: birincisi, əxlaq mənşəcə daha qədim şüur formasıdır, hüquqi şüur sonrakı dövrlərdə, cəmiyyətdə siniflərin və dövlət hakimiyyətinin yaranması ilə meydana çıxmışdır. İkincisi, əxlaq normalarına riayət olunması könüllü səciyyə daşıyırsa və ictimai rəylə tənzim olunursa, hüquq dövlətin müəyyən etdiyi və yerinə yetirilməsi məcburi olan, rəsmi orqanlar vasitəsilə tənzim olunan norma və qaydaları əhatə edir. Üçüncüsü, əxlaq normalarının pozulması ictimai rəy, məzəmmət və s. tənzim olunursa, hüquq normalarının pozulması isə rəsmi orqanlar vasitəsilə məsuliyyət tələbilə tənzim olunur.
Hüquqi şüur cəmiyyətdəki qəbul edilmiş rəsmi qanunlar və normaların mahiyyəti və həyata keçirilməsi prosesində əldə edilmiş biliklərin, təsəvvür, vərdiş və rəsmi normaların məcmusudur. Həmin qanun və normalar cəmiyyətdə fərdlərin, təbəqələrin, ictimai hərəkat və partiyaların fəaliyyətini rəsmi hüquqi tənzim edir. Hüquq siyasətin meydana çıxması ilə əlaqədar yaranmış, siyasi mənafelərin müəyyən normativ aktlarla reallaşdırılması məqsədinə xidmət etmişdir.
İctimai şüurun formalarından biri olmaqla din insanın onu əhatə edən təbii və sosial gerçəkliyə münasibətinin mənəvi inikasının növlərindəndir. Din tarixi hadisədir. Ehtimala görə 40-50 min il əvvəl meydana gəlmişdir. Dinin yaranmasında sosial və psixoloji köklər fərqləndirilir. Dinin sosial kökü ictimai həyatın obyektiv şəraitində, insanlarla təbiət arasındakı, insanların öz aralarındakı və cəmiyyətdəki ictimai münasibətlərindədir. Dinin psixolojiköklərinin əsasında insan emosiyaları durur.
Siyasi şüur cəmiyyətin siniflərə parçalandığı və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Dövlətə, istehsala, hakimiyyətə, ictimai təşkilat və təsisatlara olan münasibət müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Həmin ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin