Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Əməyin ödənilməsinin prinsipial qaydaları



Yüklə 0,77 Mb.
səhifə20/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   16   17   18   19   20   21   22   23   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

4.5. Əməyin ödənilməsinin prinsipial qaydaları

Əmək haqqı işçinin sərf etdiyi əməyinin kəmiyyət və keyfiyyətinə görə milli gəlirdən pul formasında aldığı və onun şəxsi istehlakına gedən hissəsidir. Əmək haqqı müəyyən mənada əməyə görə mükafatdır. İşçilərin əməyinin ödənilməsi isə istehsal prosesinə cəlb olunmuş əmək resurslarının qiymətidir. Belə də demək olar ki, əmək haqqı məhsulun istehsalı və satışı üçün xərclərin bir hissəsi olub, Firma işçilərinin əməyinin ödənilməsinə sərf olunur.


İşçinin əməyinin ödənilməsi əhəmiyyətli dərəcədə sərf olunmuş əməyin kəmiyyəti və keyfiyyəti ilə təyin olunur. Lakin bazar şəraitində ona xalis bazar amilləri də təsir edir. onlara əməyə tələb və təklif, yaranmış konkret konyunktura, ərazi aspektləri, qanunvericilik aktları aid oluna bilər. Bazar şəraitində əməyin ödənilməsi məsələləri yeni prinsipial qaydalara əsaslanır. Bazar münasibətləri şəraitində əmək və istirahət hüquqlarına təminat zəifləmişdir. Kollektiv və ayrı-ayrı işçilərin gəlirlərinin səviyyəsi iki amildən asılı olur: istehlakçının məhsulu qəbul etməsi və bazar konyunkturasının vəziyyəti. Belə vəziyyət istehsalçıların geniş əhali kütləsindən asılılığını artırmaqla bərabər, yaradılan məhsul, onun keyfiyyəti və qiymətinin səviyyəsinə iqtisadi məsuliyyəti yüksəldir.
Əməyə görə bölgü yanaşması dəyişir. Bərabər ödənilmənin əsasını əməyin məsrəfi, yeni iş vaxtı sərfi və ixtisas səviyyəsi deyil, əməyin nəticəsi olan bazar tərəfindən onun əmtəə kimi tanınması təşkil edir. əmtəələrin reallaşdırılmasından alınan vəsaitlər istehsalçıların əməyinin kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsinin başlıca meyarını təşkil edir. Bazar şəraitində işçi qüvvəsinin axını sürətlənir. Firmaların profili dəyişir, çünki, o, məhsulların nomenklaturu və keyfiyyətinə yeni-yeni tələblər irəli sürür, bir istehsal ləğv olunur, digəri yaranır. İşçi öz qabiliyyətinin daha çox dərəcədə açıldığı yerlər axtarır. Lakin bu müsbət momentlərlə bərabər, mənfi tərəflər işi itirmək hissi ilə və işsiz olmaq imkanı meydana çıxır.
Sahibkar öz fəaliyyətində istehsala cəlb olunan istənilən amilini ödəməlidir. Bu ödəmə sərf olunmuş fiziki və intellektual qüvvələri kompensasiya etməlidir. Lakin sahibkarı bir sıra xarici amillər – minimal əmək haqqı, sahibkar və kollektiv arasındakı müqavilənin şərtləri, həmkarlar komitələrinin tələbləri məhdudlaşdırır.
Firmada əmək haqqının təşkili mexanizmi bilavasitə iş qüvvəsi qiymətinin əmək haqqına çevrilməsi prosesini əks etdirir. Əmək haqqının əsas funksiyalarının yerinə yetirilməsi məhz bunun müasir bazar həqiqətlərinə nə dərəcədə uyğun gəlməsindən asılıdır. İşçinin və işəgötürənin maraqları arasında kompromis əmək haqqının təşkili ilə əldə edilir ki, bu da bazar iqtisadiyyatının iki hərəkətverici qüvvəsi arasında sosial əməkdaşlıq münasibətlərinin inkişafına şərait yaradır.
Əmək haqqının kəmiyyəti təkcə işçinin ala biləcəyi pulun miqdarı ilə deyil, həm də bu pula nə ala biləcəyi ilə müəyyən olunur. Daha doğrusu, pulun alıcılıq qabiliyyəti nominal və real əmək haqqının nisbəti ilə müəyyən olunur.
Nominal əmək haqqı müəyyən dövrdə işçilərə onların əməyinə görə hesablanmış və verilmiş əmək haqqıdır.
Real əmək haqqı isə nominal əmək haqqı hesabına işçinin əldə edə biləcəyi malların və xidmətlərin kəmiyyətini əks etdirir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin