Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə22/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Pd = Tx : Hcp

burada Tx – xidmət göstərilən fəhlənin saatlıq tarif stavkası; Hc – xidmət göstərilən bir fəhlənin (obyektin, aqreqatın) saatlıq hasilat norması (məhsul vahidləri ilə); p – xidmət göstərilən bir fəhlələrin (obyektlərin, aqreqatların) sayıdır.


Fəhlənin ümumi əmək haqqı iki yolla müəyyən edilə bilər:

    1. Köməkçi fəhlənin stavkası xidmət göstərilən işəmuzd fəhlələr tərəfindən normaların yerinə yetirilməsinin orta faizinə vurulması yolu ilə:



Əhüm = Ts FkY : 100

burada Əhüm fəhlənin ümumi əh, man.; Ts – köməkçi fəhlənin dolayı işəmuzd əmək haqqı sisteminə gətirilmiş saatlıq tarif stavkası, man.; Fk – həmin köməkçi fəhlənin faktiki sərf etdiyi adam-saatların miqdarı; Y – həmin köməkçi fəhlənin xidmət göstərdiyi bütün fəhlələr (obyektlər, aqreqatlar) tərəfindən hasilat normalarının yerinə yetirilməsinin orta çəkili əmsalıdır.



    1. Dolayı işəmuzd işin qiymətinin xidmət göstərilən fəhlələrin faktiki məhsul buraxılışına vurulması yolu ilə:



Əhüm =  Pdy Qfy

burada Pdy – xidmət göstərilən y-ci fəhlənin istehsal etdiyi məhsulun bir vahidi üçün dolayı işəmuzd işin qiyməti, man.; Qfy – həmin dövrdə xidmət göstərilən y-ci fəhlənin istehsal etdiyi məhsulun faktiki miqdarıdır (müvafiq ölçü vahidləri ilə).


İşəmuzd əmək haqqının akkord sistemində işin qiyməti mövcud vaxt normaları və ya hasilat normaları, eləcə də işin qiyməti ayrı-ayrı əməliyyatlar üçün deyil, işlərin bütün həcmi üçün müəyyən edilir. əməyin ödənilməsinin bu sistemində fəhlələr işlərin yerinə yetirilməsi müddətlərinin qısaldılmasına görə mükafatlandırılır ki, bu da əmək məhsuldarlığının artırılmasında həmin sistemin həvəsləndirici rolunu gücləndirir.
Hazırda belə sistemin tətbiqi müəyyən problemlərlə əlaqədardır, çünki inflyasiya şəraitində işlərin bütün həcmi üçün əməyin ödənilməsi fondunun müəyyən edilməsi çətinləşir.
İşəmuzd-mütərəqqi sistemdə fəhlələrin əməyi hasilat normasının yerinə yetirilməsi sadə (müstəqim) işəmuzd işin qiymətinə görə ödənilir, normadan artıq hasilat üçün isə artırılmış işin qiymətləri tətbiq edilir. İşəmuzd-mütərəqqi əlavələr ay ərzində başlanğıc bazadan artıq keyfiyyətli məhsul buraxılışının nəticələrinə görə hesablanır. İşəmuzd-mütərəqqi əmək haqqının ölçüsü aşağıdakı düsturla hesablanır:


İMƏH = CƏh + CƏh (nnb) : n Ki

burada İMƏH – işəmuzd-mütərəqqi əmək haqqı; n – hasilat normasının yerinə yetirilməsi faizi; nb – mütərəqqi əmək haqqının hesablanması üçün hasilat normasının yerinə yetirilməsi faizi ilə ifadə olunmuş başlanğıc baza; Ki – mütərəqqi əmək haqqı şkalası üzrə götürülmüş müstəqim işəmuzd işin qiymətinin artırılması əmsalıdır.


Əməyin ödənilməsinin işəmuzd-mütərəqqi sistemindən istifadə zamanı normativ başlanğıc bazanın müəyyən edilməsinə, işin qiymətlərinin yüksəldilməsinin səmərəli şkalasının hazırlanmasına, məhsul istehsalının və faktiki sərf olunmuş vaxtın uçotuna xüsusi fikir verilməlidir.
İşəmuzd-mütərəqqi sistem sadə işəmuzd sistemə nisbətən hasilatın artırılmasına çox dərəcədə həvəsləndirir. Lakin o, hasilata nisbətən əmək haqqının artırılmasına gətirib çıxarır. Ona görə də bu sistem nadir hallarda və qısa müddətlərdə əmək məhsuldarlığının artımını ləngidən «zəif» istehsal sahələrində tətbiq olunur.
Əməyin ödənilməsinin işəmuzd forması həm hər bir konkret işçi üçün fərdi, həm də kollektiv formada tətbiq oluna bilər.
Əməyin ödənilməsinin podrat sistemindən də geniş istifadə olunur. onun mahiyyətini tərəflər arasında bağlanan müqavilə təşkil edir. Bu müqaviləyə əsasən tərəflərdən biri müəyyən həcmdə işlərin yerinə yetirilməsini, digəri isə (sifarişçi) həmin iş başa çatdıqdan sonra onun ödənilməsini üzərinə götürür. Fəhlə briqadasının əmək haqqı (Əhbr) aşağıdakı düsturla hesablanır:


Əhbr = PibrQfbr

burada Pibr – buraxılan məhsulun (görülən işin) bir vahidi üçün briqada üzrə işəmuzd işin qiyməti; Qfbr – briqadanın yerinə yetirdiyi işin faktiki həcmidir.


Əgər briqada müxtəlif işləri həyata keçirirsə və bu işlər müxtəlif işlər müxtəlif işin qiymətləri ilə qiymətləndirilirsə, onda briqadanın ümumi əmək haqqı aşağıdakı düsturla hesablana bilər:


Əhbr =

burada i – işlərin konkret növlərinin və həmin iş növlərinin və həmin iş növünün konkret işin qiymətini əks etdirir.


Vaxtamuzd əmək haqqı formasından istifadə zamanı işçi sərf etdiyi vaxtın miqdarına görə əmək haqqı alır. Lakin əmək sadə və mürəkkəb, az və yüksək ixtisaslı olduğundan əmək normalaşdırılmalıdır.
Vaxtamuzd əmək haqqının iki sistemi mövcuddur: sadə vaxtamuzd və vaxtamuzd-mükafatlı.
Sadə vaxtamuzd sistemdə fəhlənin əmək haqqı (Əhvs) müvafiq dərəcədə olan fəhlənin saatlıq (günlük) tarif stavkasını (Tc) vurmaqla hesablanır:


Əhvs = Tct
Əmək aylıq ödənildikdə fəhlənin vaxtamuzd əmək haqqı aşağıdakı düsturla hesablanır:


Əhv = Əam : tt

burada Əam – ciddi aylıq vaxtamuzd əmək haqqı (maaş), man.; t – həmin ayda qrafik üzrə fəhlənin iş saatlarının miqdarı; t – fəhlənin faktiki sərf olunmuş saatlarının miqdarıdır.


Vaxtamuzd-mükafatlı sistemdə sadə vaxtamuzdla yanaşı əldə olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə görə stavkaya (maaşa) əlavələr nəzərdə tutulur.
Mükafatlandırma həm fərdi, həm də kollektiv əməyin nəticələrinə görə həyata keçirilir. Mükafatlandırma göstəriciləri və şərtləri işlərin və fəhlələrin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir və onlara ciddi əməl olunmalıdır.
Normalaşdırılmış tapşırıqlı vaxtamuzd əmək haqqı sistemindən sənaye firmalarında daha geniş istifadə olunur. bu sistemə işəmuzd-vaxtamuzd sistem də deyilir. Həmin sistemdən fəhlələrin funksiyaları dəqiq reqlamentləşdirildikdə və hər bir əməliyyat üzrə vaxt normasının hesablanması mümkün olduqda istifadə edilir. Ona görə də bu sistem əməyin ödənilməsinin həm işəmuzd, həm də vaxtamuzd formalarını birləşdirir.
İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yüksəlməsi ilə əlaqədar əmək haqqının vaxtamuzd forması daha perspektivlidir. Belə şəraitdə fəhlədən məhsul buraxılışının (yerinə yetirilən əməliyyatların sayının) artırılması deyil, texnoloji proseslərə, avadanlığın işinə nəzarətin həyata keçirilməsi və nasazlıqların vaxtında aradan qaldırılması tələb olunur.
Rəhbər işçilər, mütəxəssislər və qulluqçular üçün vəzifə maaşları sistemindən istifadə olunur. vəzifə maaşı əmək haqqının işçinin tutduğu vəzifəyə görə müəyyən olunmuş mütləq ölçüdür. Bu və ya başqa maaşın müəyyən edilməsinin səmərəliliyini artırmaq üçün analitik hesablamaları aparmaq lazımdır.
Stavka və maaşların göstərilən həcmi işçinin müvafiq ixtisas səviyyəsinə uyğun olaraq əməyin ödənilməsi üçün mütləq minimal təminatdır.
Əməyin ödənilməsinin minimum məbləği mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün Firma, idarə və təşkilatlar üçün məcburidir.
Təsərrüfat hesablı firmalar kollektiv müqavilələrə əsasən əməyin ödənilməsinə yönəldilən vəsait hesabına fəhlə və qulluqçuların bu minimum məbləğdən əlavə daha yüksək məbləğdə stavka və maaş təyin edə bilərlər.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin