Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə70/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   66   67   68   69   70   71   72   73   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Rentabellik və onun növləri

Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik göstəricisi xüsusi rol oynayır. Əgər mənfəət firmanın mütləq gəlirliliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Firma o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə, rentabellik firmanın işinin səmərəliliyini səciyyələndirir, firmanın kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.
Rentabellik müxtəlif qaydalarla hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı kimi hesablanır:


Rüm = (Mb : A)  100

burada Mb – balans mənfəəti; A – firmanın aktivlərinin (əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin orta illik qalığının dəyəri), orta illik dəyəridir.


Rentabelliyin bu göstəricisi qoyulmuş kapitalın 1 manatına düşən mənfəətin məbləğini göstərir.
Aktivlərin rentabelliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən geniş istifadə olunur. həmin göstərici aşağıdakı düsturla hesablanır:


Pm = (Ms : Md)  100

burada Ms – məhsulun satışından əldə edilən mənfəət; Md – satılmış məhsulun tam maya dəyəridir.


Bu göstəricidən təsərrüfatdaxili analitik hesablamalarda, ayrı-ayrı məmulat növlərinin mənfəətliliyinə (zərərliliyinə) nəzarət edilməsi, istehsala yeni məhsul növlərinin tətbiqi və səmərəsiz məmulatların istehsaldan çıxarılması zamanı istifadə etmək daha səmərəlidir.
Firmalərin təsərrüfat fəaliyyətində hesabi rentabellik göstəricisindən də istifadə olunur:


Rh = (Mh : A)  100

burada Mh – hesabi mənfəətdir.


Məlumdur ki, həm məmulatın maya dəyəri, həm də onun satıldığı qiymətlə əlaqədardır. Belə halda məhsulun rentabelliyi mənfəətin sərbəst və ya tənzimlənən qiymətlərlə satılmış məhsulun dəyərinə, daha doğrusu, satışdan mədaxilin məbləğinə nisbəti kimi hesablana bilər. Elə buna görə də rentabelliyin belə göstəricisi satışın rentabelliyi adlanır.
Məhsulun və satışın rentabelliyi göstəriciləri qarşılıqlı əlaqədardır və həm bütün məhsulun, həm də onun ayrı-ayrı növlərinin istehsalı və satışı üçün cari xərclərin dəyişməsini əks etdirir. Ona görə də bütünlükdə istehsalın səmərəliliyini yüksəltmək və mənfəətin artırılmasının əlavə imkanlarını əldə etmək üçün böyük və kiçik rentabelliyə malik məhsulların xüsusi çəkilərinin dəyişilməsindən asılı olaraq məhsul buraxılışının strukturunu formalaşdırmaq olar.
Firma kapitalının mülkiyyətçiləri üçün qoyulmuş kapitalın verimini, daha doğrusu, xüsusi kapitalın rentabellik səviyyəsini bilmək çox vacibdir. O, aşağıdakı kimi hesablanır:


Rxk = (Mb : Kx)  100

burada Kx – firmanın xüsusi kapitalıdır.


Ümumi rentabellik səviyyəsinin xüsusi kapitalın rentabelliyi səviyyəsi ilə müqayisəsi xüsusi kapitalın kəmiyyətinin onun veriminə necə təsir etdiyini göstərir.
Firmanın maliyyə vəziyyətinin təhlili prosesində rentabelliyin digər göstəriciləri də hesablana bilər. Məsələn, firmanın bütün kapitalının rentabelliyi, dövriyyədənkənar aktivlərin rentabelliyi, dəyişən kapitalın rentabelliyi, investisiyaların rentabelliyi.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin