Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə36/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   32   33   34   35   36   37   38   39   ...   84
C fakepathmuhazire toplusu

Dəstəkləmə və inkişaf: Layihə başa çatdıqdan sonra onun dəstəklənməsi layihənin həcmindən və sifarişçinin razılığından asılıdır. Layihənin dəstəklənməsində “təcili yardım” üsulundan başlayaraq “daimi işçi” üsuluna kimi müxtəlif digər üsullar tətbiq etmək olar. Layihənin gələcəkdə inkişaf etməsi üçün sifarişçi bütün sənədlər, təlimatlar və xidməti materiallar ilə təmin edilməlidir.


8.2. Layihələrin idarə edilməsi metodologiyasının konseptual modeli
Layihələrin idarə edilməsi prosesi bir vəziyyətdən digər vəziyyətə keçən, addım-addım inkişaf edən, eyni zamanda yaranan və məhv olan bir prosesdir. İdarəetmənin əsas konsepsiyası “vəziyyətdən-vəziyyətədək” hərəkət etməkdir. Belə bir hərəkətin zərurəti aşağıdakı faktorlar ilə səciyyələnir:
▪ layihələrin idarə edilməsində strateji qərarların qeyrimüəyyənliyi və alternativ variantın seçilməsində mürəkkəb vəziyyət;
▪ layihənin inisializasiya dövründə hər bir işin nadir vəziyyətdə olması;
▪ layihənin realizə edilməsi dövründə plandakı nəticələrin əldə edilməsində qeyri-müəyyənlik səviyyəsi.
Konseptual model layihələrin idarə edilməsi metodologiyasına əsaslanmışdır. Layihələrin idarə edilməsi metodologiyası (M) dedikdə konkret problem sahəsində (A) layihənin ümumiləşdirilmiş modeli nəzərdə tuturuq. Qeyd etmək lazımdır ki, layihələrin idarə edilməsi metodologiyası ümumi baza (base) metodologiyası (Mb) əsasında təsvir edilir və verilmiş predmet sahəsində qaydaları, terminləri sistemini, ramka (piugin) metodologiyasını (Mb), nümunəvi (sample) metodologiyanı (Ms) və verilmiş predment sahəsinə aid olan işlərin arxivini (M1) formalaşdırır. Layihələrin idarə edilməsi metodologiyasının (Mr)formalaşdırılması prosesində bu metodologiyalardan maksimum istifadə etməklə terminlər sistemi V(A), qaydalar R(A) və əldə olunmuş təcrübələr əsasında işçi modelini formalaşırmağa nail oluruq.
Beləliklə, metodologiya modeli aşağıdakı formada təsvir edilir:
Mtr=F(V(A), M1b, M1p, M1s, M11
Burada F-layihənin menecerlər komandasının kompetensiyasına uyğun olan metodologiya modelinin formalaşdırılması texnologiyasını əks etdirən funksiyadır.
Metodologiyanın Mr formalaşması prosesində struktur aşağıdakı hissələrə parşalanır:
Sw-layihənin işlər strukturu (WBS)
Sp-layihənin məhsullar strukturu
Sr-layihədə olunan ehtiyatlar strukturu
Sc-layihənin xərclər strukturu
So-layihənin təşkilatı strukturu
Beləliklə, metodologiyanın struktur tərkibi beş altstruktur əsasında təsvir edilmiş olur:
Sr= Sw, Sp, Sr, Sc, So
Metodologiyanın konfiqurasiya modeli isə aşağıdakı kimi təsvir edilir:
Km= L,Ф,Fc, Wa, Ec, D, Pd, PC, R1,Pr

Motodologiyanın konfiqurasiyası aşağıdakı tərkibdən ibarətdir:


L,Ф-layihənin həyat dövrü və fazaları;
Fc -nəzarət və realizəetmə faktorları;
Wa -layihənin predment sahəsinə mühitinə aid olan işlərin atributları
Ec -layihənin elementlərinin kodlar sistemi
D - layihələrin idarə edilməsi prosesində istifadə olunan sənədlər sistemi
Pd - layihənin məhsulları
R1-layihə iştirakçılarının rolu
Pr -ehtiyatlar
Nəticədə formalaşmış layihələrin idarə edilməsi metodologiyası belədir:
Mr= Km,Sr
Təklif olunan metodologiya aşağıdakı xassələri ilə səciyyələnir:
-layihələrin idarə edilməsində içşi modellərin tam təsvir edilməsi;
- layihənin mühitinə və predment sahəsinə əsasən modellərin formalaşması üzrə çevik sistem;
- layihələrin idarə edilməsində informasiya texnologiyalarının tətbiq edilməsi.
Layihələrin işlənməsi və idarə edilməsi metodologiyası tətbiq etməklə layihə təşkilatının tam dekompozisiya sxemini müəyyənləşdirmiş oluruq.Təşkilatların inkişafında əsasən iki strateji alətdən istifadə olunur:proseslərin, xidmətlərin və məhsulların reinjinirinqi; keyfiyyətin idarə edilməsi sistemi.
Təcrübə göstərir ki, layihələrin idarə edilməsində reinjinirinqin daha səmərəli aləti “bençmarkinq”dir. Bu alətin köməyilə layihənin realizə edilməsi dövründə məhsullara və proseslərə aid olan dünyanın ən yaxşı qərarlarını bu layihədə tətbiq etməkdir. Bu səbəbdən bençmarkinq layihələrin idarə edilməsində strateji komponent kimi götürülür. Nəticədə metodologiyanın konfiqurasiya modeli aşağıdakı kimi təsvir edilir:
K m= L,F, Fc,Wc, D, İn(Pd), İn (Pc),R1, Pr
Burada, İn(Pd), İn (Pc) -məhsulların və proseslərin reinjinirinqi layihəsidir.
Layihənin idarə edilməsində keyfiyyət sistemi ikinci strateji komponenet sayılır. Bu sistem məhsulun rəqabətdözünlüyünü və bazarda stabilliyini təmin edir. Belə halda metodologiyanın konfiqurasiya modeli aşağıdakı kimi təsvir ediləcəkdir:
K m= L,F, Fc,Wa, Ec, D, Q(Pd), Q (Pc),R1, Pr

Burada, Q(Pd), Q (Pc)-layihənin məhsulunun və istehsalat proseslərinin keyfiyyətini səmərələşdirən və formalaşdıran layihələrdir.
Metodologiya layihənin inkişaf modelini Mp formalaşdırır və bu modelin özəyini A cəbri təşkil edir:
A= Mp,Ω
Burada, Ω -layihənin modellərinin cəbri siqnaturasıdır. Cəbrin siqnaturası özündə ənənəvi üsulları birləşdirir, məsələn, toplama+, çıxma-, birləşmə , kəsişmə və s.
Bundan başqa layihənin maketinin , strukturunun , süzgəcinin və sənədlərinin formalaşması əməliyyatları yerinə yetirilir. Bu əməliyyatları müsir informasiya texnologiyaları əsasında və Sure Trak və P3E Plan kimi proqram təminatlarından istifadə etməklə həyata keçirmək olar. Layihələrin idarə edilməsi və istehsalın inkişafında kreativ texnologiyalar və qərar qəbuletmə metodları əsas strateji yer tuturlar. Layihənin diaqnostika və realizəetmə prosesində bu texnologiyalardan istifadə etməklə təşkilatın real vəziyyətini və dünya təcrübəsini nəzərə alaraq istehsalın inkişafı üzrə səmərəli strateji qərarlar modeli yaratmaq olar. Kreativ texnologiyalar aşağıdakı hallarda istifadə olunur: idarəetmə funksiyalarını və strukturlarını təkmilləşdirmək üçün kompleks diaqnostika zamanı; maliyyə-iqtisadi siyasətinin təkmilləşdirmək üçün.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin