Bakıda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının fəaliyyət göstərdiyini yuxarıda qeyd etdik. Akademiyanın müxbir üzvü, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəbi Mahmudov bizimlə söhbətində bu elm ocağının 1999-cu ildə yaradıldığını və əsas vəzifəsinin Lütfi Zadə nəzəriyyələrinin dərindən öyrənilməsi olduğunu dedi. N.Mahmudov burada böyük alimin nəzəriyyələrinin tətbiqi ilə bağlı da ciddi tədqiqatlar apardıqlarını söylədi. Bu gün L.Zadə nəzəriyyələri nəticəsində milyardlar qazanan şirkətlər, böyük dövlətlər onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində bütün soydaşlarımızın, türk Dünyasının qəlbini qurur hissi ilə dolduran bir ad da var - AZƏRBAYCANLI. Heç şübhə yoxdur ki, Lütfi Zadənin özü üçün də bu ad aldığı bütün mükafat və adlardan daha şərəfli və daha əzizdir.