Mövzu-lütfizadə Lütfi Zadə ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə



Yüklə 359,58 Kb.
səhifə5/8
tarix25.02.2022
ölçüsü359,58 Kb.
#53120
1   2   3   4   5   6   7   8
lutfizade.da.d.mirova elvira

Həyat və karyera yolu.          Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il, fevral ayının 4-də   Bakıda anadan olub.  Atası əslən Ərdəbildən olan cənubi azərbaycanlı Rəhim Ələskərzadə ixtisasca jurnalist, Rusiyadan olan yəhudi əsilli anası Fanya Koriman  pediatr olub. Bakıda 16 saylı orta məktəbdə ibtidai təhsil alıb.  L.Zadə kiçik yaşlarından elmə böyük maraq göstərib. Anası Lütfi ilə bağlı müsahibələrinin birində deyib: “Lütfinin 5 yaşı tamam olan gün qohum-əqrəbamız gələrək onu təbrik etmək istəyirdi. Lakin o, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi”.  1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar qəbul edir.  Qərara əsasən,  onlar  Sovet İttifaqı vətəndaşlığını qəbul etməli, əks təqdirdə ölkəni tərk etməli idilər.  Rəhim Ələskərzadə  bu səbəbdən 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçür.  Lütfi Zadə Tehranda   amerikalıların təhsil müəssisəsi olan “Alborz” kollecində orta təhsilini davam etdirib. O, müsahibələrində həmin dövrü xatırlayaraq qeyd edir: “Alborz”da oxuyarkən Sovet və Amerika məktəbləri arasında çox böyük fərq gördüm.

Bu məktəbdə ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə etdim. Orada elmin inkişafı üçün yaradılmış şərait məni hələ məktəb illərindən Amerikaya çəkirdi”. Orta təhsilini müvəffəqiyyətlə başa vuran Zadə   Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olur. L.Zadə universiteti bitirdikdən sonra bir müddət İranda yerləşdirilən Amerika qoşunları üçün tikinti materiallarının təchizatçısı kimi  çalışan atası ilə birlikdə işləyib.  1944-cü ilin iyulunda uşaqlıq arzusunu gerçəkləşdirərək Birləşmiş Ştatlara köçür və sentyabrda Massaçusets Texniki İnstitutuna daxil olur. 1946-cı ildə bu ali təhsil müəssisəsini bitirərək  magist dərəcəsi alır. Məlumat üçün qeyd edək ki,  amerikalılar üçün onun ad və soyadını tələffüz etmək çətin olurdu. Buna görə də Lotfi.A.Zadeh kimi çağırırdılar. O, öz elmi əsər və məqalələlərini bu ad altında yazıb, buna görə də dünyada Lütfi Zadə kimi tanınır.  Sonra o, Kolumbiya Universitetinin aspiranturasına daxil olub və 1949-cu ildə dissertasiyanın müdafiəsindən sonra  mühəndislik bölməsində assistent olaraq çalışmağa başlayıb. Bu ali təhsil ocağında fəlsəfə elmləri üzrə doktor elmi dərəcəsini alıb. 1952-ci ildə Ç.Raqassini ilə birlikdə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edib. Elə həmin il də diskret sistemlər üçün Z-çevirmə metodunu (Zadə sözünün baş hərfi) işləyir.

Bu diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan bir metoddur.  Artıq 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və məşhur alim Norbert Vinerin tövsiyəsilə Kaliforniyaya köçür. 1959-cu ildən Berkli Universitetində professor olaraq çalışmağa başlayıb, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompyuter elmləri" kafedrasına rəhbərlik edib. Hal-hazırda  L.Zadə həmin universitetdə ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərir. Bununla paralel,  öz adına olan “İnstitute Zadeh - ZİFT” informasiya texnologiyaları institutuna direktorluq edir. Onu da qeyd etmək lazımdır  ki, professor Lütfi Zadə ünlü alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.


Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin