Mövzu-lütfizadə Lütfi Zadə ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə



Yüklə 359,58 Kb.
səhifə6/8
tarix25.02.2022
ölçüsü359,58 Kb.
#53120
1   2   3   4   5   6   7   8
lutfizade.da.d.mirova elvira

Fotosekil cekmeyi cox xoslayir.

O, müsahibələrinin birində fotoşəkil çəkməyə olan marağından danışaraq qeyd edir: “Mən fotoşəkil çəkməklə maraqlanırdım. Lakin yalnız fotoportretlər üzrə ixtisaslaşmışam və paparatsilər kimi, icazəsiz bir çox məşhur insanları çəkmişəm.

Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək mənə nəsib olub”.

Mentiq nezeriyyesinin yaradicisidir.

1965-ci ildə Kaliforniya Universitetinin elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı L.Zadə “İnformation and Control” jurnalında qeyri-səlis çoxluqlara aid “Fuzzy Sets” məqaləsini çap etdirir. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada rezonansa sabəb olur, elmdə yeni bir istiqamətə təkan verir.

Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: “…Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir.

Zadə məntiqində real həyatı daha dürüst əks etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən, Zadə məntiqinə görə isə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.).

O, alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı.


Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin