43 il fasileden sonra bir daha Bakkida…
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. Telekanalların birində səfərlə bağlı təəssüratlarını belə ifadə edib: “Bakıdan gedəndə mənim on yaşım var idi. Axırıncı dəfə uzun illər bundan əvvəl – 1965-ci ildə Bakıda olmuşam.
İndi mənə öz hisslərimi ifadə etmək çox çətindir. Yaxın dostlarım arasında olmaqdan, bu səmimi münasibətdən çox məmnun oldum. Azərbaycanda indi baş verənlər məndə müsbət təəssüratlar oyadır.
Elmə və mədəniyyətə böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir və onun parlaq gələcəyi olacaqdır. Mən bu uğurlara görə dostlarıma, Azərbaycan xalqına, dövlət başçısına minnətdarlığımı bildirirəm, buna görə onları təbrik edirəm. Əminliklə bildirmək istəyirəm ki, bizi irəlidə parlaq gələcək gözləyir”.
O, müsahibələrinin birində fotoşəkil çəkməyə olan marağından danışaraq qeyd edir: “Mən fotoşəkil çəkməklə maraqlanırdım. Lakin yalnız fotoportretlər üzrə ixtisaslaşmışam və paparatsilər kimi, icazəsiz bir çox məşhur insanları çəkmişəm. Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək mənə nəsib olub”.
Dostları ilə paylaş: |