MÖVZU 6:YOXLANILAN TƏŞKİLATIN TƏSIS SƏNƏDLƏRININ VƏ UÇОT SIYАSƏTININ АUDITI. Plan: 1.Təşkilatın idarə edilməsinin təşkilati - strukturunun auditi 2. Ilkin uçotun vəziyyətinin və sənəd dövriyyəsinin təşkilinin auditi 3. Müəssisənin uçot siyasətinin auditi 4. Müəssisədə mühasibat uçotu və hesabatların təşkilinin auditi 1.Təşkilatın idarə edilməsinin təşkilati strukturunun auditi Təşkilatda istehsal prosesləri və pul dövranı vaxt amili ilə əlaqədardır. Istehsal komponentlərinin əldə edilməsinə xərclər və istehsal prosesinin üzünün həyata keçirilməsi istehsal olunmuş malların satışı nəticəsində əldə olunan gəlirdən əvvəl baş verdiyindən təşkilatın rəhbərliyi istehsal proseslərinin yerinə yetirilməsi üzrə xərcləri təşkilatın maliyyə imkanları ilə müqayisə etməyi bacarmalıdır. Bu da təşkilatın təsərrüfat-maliyyə fəaliyyəti haqqında dürüst nəticələrin formalaşması üçün zəruri olan vaxtaşırı auditor yoxlamalarının aparılmasını tələb edir.
Ilkin olaraq auditor müəssisənin hüquqi sənədləri ilə – nizamnaməsi, qeydiyyat sənədləri, təsis sənədləri ilə tanış olmalıdır. Müəssisənin təsis sənədlərinin yoxlanılması müəssisənin fəaliyyətinin müxtəlif tərəflərini müəyyən edən mövcud normativ və qanunvericilik aktları nəzərə alınmaqla həyata keçirilməlidir.
Müəssisənin nizamnaməsinin təhlili auditora müəssisənin fəaliyyətinin istiqaməti ilə, onun təsisçiləri və səhmdarları ilə tanış olmaüa, onun fəaliyyətinin maliyyə tərəflərini dərindən öyrənməyə imkan verir. Nizamnamə kapitalı nəzərdən keçirilərkən onun həcminin müəssisənin fəaliyyətini təmin etdiyi və xüsusi vəsait mənbələrində onun payı müəyyən edilməlidir. Təsis sənədləri mövcud normativ və qanunvericilik aktları nəzərə alınmaqla yoxlanmalıdır.
Müəssisənin strukturu və onun fəaliyyətinin xüsusiyyətləri haqqında informasiya gələcəkdə hesabatların dürüstlüyü haqqında əsaslandırılmış rəy verilməsi üçün vacibdir. Istehsalın qabaqcadan nəzərdən keçirilməsi, uçot işləri ilə əlaqəsi olmayan menecerlərlə və heyətlə söhbət, istehsalın şəraiti haqqında təsəvvürə malik olmaq auditin uüurla aparılmasına müsbət təsir göstərə bilər.
Istehsalın idarə edilməsi əmək predmetlərinin, əmək vasitələrinin və işçilərin vahid istehsal texnoloji prosesdə səmərəli uzlaşdırılmasını, kapitalın fasiləsiz dövranını təmin etməlidir. Yoxlama zamanı auditor aşağıdakıları müəyyən etməlidir:
müəssisədə idarəetmənin təşkilati strukturu bazar münasibətlərinə uyğundurmu;
o, yüksək keyfiyyətli məhsul istehsalı və onun idarə edilməsinin yüksək
səmərəli sisteminin tətbiqini təmin edirmi;
idarəetmənin təşkilatı strukturu işçilərin və idarə heyəti üzvlərinin maddi stimullaşdırılmasını təmin edirmi;
idarəetmənin təşkilatı strukturu əsas istehsal və idarə heyətinin işinin sinxronluüunu təmin edirmi;
müəssisənin əsas məqsədinə nail olmaq məqsədi ilə işçilərin aktivliyini аrtırırmı;
marketinq xidmətinin düzgün təşkilini təmin edirmi.