Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


MÖVZU 2. АUDITOR FƏALİYYƏTİNİN NORMATİV-HÜQUQI



Yüklə 465,1 Kb.
səhifə10/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   6   7   8   9   10   11   12   13   ...   82
Audit yeni

MÖVZU 2. АUDITOR FƏALİYYƏTİNİN NORMATİV-HÜQUQI
TƏNZIMLƏNMƏSI
Plan:

  1. Аuditin nоrmаtiv hüquqi bаzаsı

  2. Аudit fəаliyyətinin lisenziyаlаşdırılmаsı

  3. Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri

  4. Auditin əsas prisipləri, auditorun məsuliyyəti və peşə etikаsı

  5. Аudit stаndаrtlаrı


1.Аuditin nоrmаtiv hüquqi bаzаsı
Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici nor­ma­tiv hüquqi aktların ol­ması vacibdir. Çünki, hüquqi və təşkilati for­ma­sın­dan asılı olma­ya­raq hər bir xidmət növünün hüquqi vəzifələri, mə­suliyyəti və digər öhdəlikləri qa­nun­verici normativ hüquqi aktlarla tən­zimlənir. Audit də xid­mət növü olduğu üçün onun fəaliyyəti qa­nunverici və nor­mativ hüquqi aktlarla tən­zimlənir.
Azər­bay­can Res­­pub­likası ərazisində hüquqi və fiziki şəxs sta­tu­sun­da fəaliy­yət göstərən audit xidməti AR-nın Ali Qa­nun­ve­ricilik orqanı tərə­fin­dən qəbul edil­miş qanun­lara və AR Ali Icraedici or­qan­ları tərə­fin­dən qəbul edilmiş bir sıra qərar və qət­namələrə əsasən təş­kil olu­nur. Bu qa­nun­ve­rıci nor­ma­tiv sənədlərə «Audıt xidməti haq­qın­da» AR-nın (1994) və ona edılən dəyişikliklər, «Daxili audit haqqında» AR-nın Qanunu (2007) və ona edilən dəyişikliklər, AR-nın MM tərəfindən təsdiq edilmiş «Azərbaycan Respub­likasının Audı­­tor­lar Pala­tası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər (1995), AR MM tərəfindən təs­diq edilmiş «Azər­bay­can Res­pub­lıka­sının Audıtorlar Palatası haq­qında» Əsasnaməyə dəyişikliklər edilməsi haqqında Qərarı (1996), «Auditorun peşə mə­suliyyətinin icbari sığortası» haqqında AR-nın Qanunu və ona edilən dəyişikliklər (2007), AR NK-nin «Azər­bay­can Res­publikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyışik­liklər» haq­qın­da qərarı (1996) və Azərbaycan Respub­lıkasında Auditor­lar Palatası haqqında AR-nın Prezıden­ti tərəfindən ve­ril­miş bir sıra fər­man­lar və sərəncamlar, . “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (2017) daxildir. Bu qanun­ve­rici və nor­mativ hüquqi sə­­nədlər Azər­bay­can Res­pub­­­­likasında audit fəaliyyə­tinin təş­kılınin və nizam­lan­ma­sı­nın ümumi hüquqi baza­sını təşkil edir. BAS 200 “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması”, BAS 300 “Maliyyə hesabatlarının auditinin planlaşdırılması”, BAS 320 “Auditin planlaşdırılmasında və həyata ke­çiril­mə­sində əhəmiyyətlilik”, Auditorların Etika Məcəlləsi (auditorların peşə davranışının etik normalara) maliyyə hesabatlarının auditinin əsasını təşkil edir.
Ümumilikdə,audit fəaliyyətinin tənzimlənməsi mexanizmlənə aiddir:

  1. Etik Davranış Məcəlləsi;

  2. Beynəlxalq Audit standartları;

  3. Müxtəlif qaydalar və qanunlar;

  4. Ekspert rəyi

Müxtəlif vaxtlarda audit dövrün tələblərinə uyğun olaraq dəyişmişdir. Auditin dörd mərhələsini qeyd etmək lazımdır keçmişdir:

  • birinci mərhələ uçot qeydlərinin aparılmasının mexaniki yoxlanma mərhələsidir.

  • ikinci mərhələ əsasən yoxlama əsaslı audit mərhələsidir. Bu mərhələdə auditorun məqsədi təkcə daxili qeydlər və informasiyalar əsasında MVHH bəndlərini birbaşa yoxlamaq deyil, həm də əlavə olaraq xarici sübuta əsaslanan dolayı yoxlama həyata keçirməkdir.

  • üçüncü mərhələdə sistemə əsaslanan audit üstünlük təşkil etmişdir. Burada auditor uçot qeydlərini yoxlamaq vəzifəsindən irəli gedərək daha dərin yoxlama həyata keçirir və daxili mənbələrdən sübutlar toplayır, çünki burada əsas diqqət daxili nəzarət sistemi üzərində cəmlənmişdir.

  • dördüncü mərhələdə auditin məqsədi təkcə xəta aşkar etmək deyil. Audit indi həm də səhlənkarlıq və xətaları aradan qaldırmaq prosedurlarını inkişaf etdirməlidir, indi audit tərifinə təkcə maliyyə hesabatlarının yoxlanması deyil, bununla əlaqəli olan məsələlərin yoxlanması da daxildir və burada məqsəd auditi “idarəetmə siyasəti” və “müəyyən edilmiş tələblər” baxımından daha səmərəli etməkdir.

«Auditor xidməti haqqında» AR-nın Qanununda Azərbaycan Respublikasında audit xid­mə­tinin təş­kılı­nin ümumi qaydaları, o cümlədən audit xidməti ilə məş­üul olmaq üçün lisen­ziya verilməsinin əsas prin­sipləri, sər­bəst audıtor­ların və auditor təş­­kilatlarının qeydiyyat qaydaları, audıtorların və sifаrişçi-müştərinin hüquqları, vəzıfə­lə­rınin və onların məsuliyyətinin hüquqi prin­sipləri, audıt xidməti ilə məş­üul olmaq hüququ ve­rən lisenziyaların geri alınması qaydalarının əsas prin­sipləri əks etdirilmişdir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin