Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Аudit fəаliyyətinin lisenziyаlаşdırılmаsı



Yüklə 465,1 Kb.
səhifə11/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   7   8   9   10   11   12   13   14   ...   82
Audit yeni

2.Аudit fəаliyyətinin lisenziyаlаşdırılmаsı
Qeyd etmək lаzımdır ki, bir sıra sahələrdə, о cümlədən. аudit üzrə sahibkarlıq fəa­­­liy­­­yə­tinin dövlət tərəfindən tənzimlənməsi xüsusi razılıq (lisenziya) vasitəsi ilə həyata keçirilir.Audit fəaliyyətinin lısen­ziya­laş­dırılmasında əsas məqsəd bu fəaliy­­yət wzərində dövlət nəza­rə­tıni həyata keçirməklə yanaşı, onun müvafiq stan­dart­lara uyğun olaraq təş­kilini təmin etmək, keyfiyyətini yüksəlmək və sə­mə­rəli fəaliyyətinə müvafiq təminat verməkdən ibarətdir.
Auditor fəaliyyəti ilə məşüul olmaq üçün attestasiya Auditor Palatası tərə­findən təşkil edilmiş komissiya tərəfindən "Auditor xid­məti haqqında" AR Qanununa və "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" əsasnaməyə uyğun həyata keçirilir.
Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziya peşə imtahan­larını verdikdən və dö-vlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahib­karlıq fəaliyyəti ilə məşüul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Həmin qanunverici və normativ hüquqi aktlara əsasən AR-dа audit fəaliyyətinə lisenziya ve­rilməsini AR Auditorlar Pa­la­ta­sı icra edir.
Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanı almaq üçün aşağıdakı sənədlər təqdim olunur:
Ÿ müəyyən edilmiş formada ərizə;
Ÿ hüquqi şəxsin nizamnamə və ya təsis sənədinin notarial qay­dada təsdiq edilmiş surəti;
Ÿ hüquqi şəxsin dövlət qeydiyyatı haqda şəhadətnamənin nota­rial qaydada təsdiq edilmiş surəti;
Ÿ hüquqi şəxsin ştat cədvəli;
Ÿ auditorların əmək kitabçalarının notarial qaydada təsdiq edil­miş surəti;
Ÿ təşkilatın rəhbəri və orada işləyən auditorlar haqqında məlu­mat;
Ÿ lisenziyanın alınması üçün rüsumun ödənildiyini təsdiq edən sə­nəd.
Təsdiq olunmuş qaydalara əsasən lisenziya al­maq üçün iddiaçının Auditorlar Palatasına təqdim etdiyi kompleks sənəd­lər pa­la­taya daxil olduüu gündən 15 gün ərzində araşdırılıb lisen­­ziya veril­məsi haqqında xüsusi qərar verilməlidir.
Auditor təşkilatının rəhbəri mütləq auditor olmalıdır. Rəhbərlə yanaşı təşkilatda ən azı auditor fəaliyyəti ilə məşüul olmaq hüququ ve­rən lisenziyaya mа­lik olan iki auditor da çalışmalıdır. Lisenziyanın verilməsi müddəti və ya оndаn imtina səbəbləri müstəqil auditorlara aid olan qayda ilə eynidir. Lisenziya ciddi hesabat sənədi­dir, auditor fəaliyyət göstərmək üçün lisenziyaların verilməsinin qey­diy­yat kitabına imza etməklə auditor təşkilatının rəhbərinə verilir. Lisen­zi­yada həmin sənədi verən təşkilatın adı, hüquqi şəxsin tam adı və ünvanı, lisen­ziya verildiyi fəaliyyət növünün adı, qeydiyyat nömrəsi, verilmə tarixi və hansı müddətə verilməsi göstərilir. Sərbəst auditorlar və auditor təşkilatları auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanın müddətini artırmaq üçün yazılı formada ərizə ilə müraciət etməlidir. ərizəyə aşağıdakı sənədlər əlavə edi­lir:
a) sərbəst auditorlar:
Ÿ fərdi sahibkar qismində auditor fəaliyyətinin göstərilməsi haqqında xüsusi formada məlumat;
Ÿ ixtisasartırma kurslarında təhsil keçməsi haqda şəhadətna­mə­nin surəti;
Ÿ əmək kitabçasının notarial qayda təsdiq olunmuş surəti;
Ÿ lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənil­mə­sini təsdiq edən sənədin surəti.
b) Auditor təşkilatları:
Ÿ təşkilatın rəhbəri və orada işləyən auditorlar haqda məlumat;
Ÿ təsdiq olunmuş formada auditor fəaliyyətinin göstərilməsi haqqında məlumat;
Ÿ lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənilməsi haqqında sənədin surəti.
Zərurət yarandıqda lisenziyanın müddətinin uzadılmasının mümkünlüyünü müəyyən etmək üçün digər sənədlər də tələb oluna bilər.
Bir qayda olaraq audit fəaliyyətinin lisen­zıya­laş­dırıl­­­ması qay­da­larına əsasən lisenziya ve­ril­mə­sində aşağıdakı hallarda im­tina edilə bilər:

  • nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə, id­dia­zı­nın ərızə­­sinə əlavə edilmiş sənədlərdə məlumatlar təhrif olunduqda və ya qeyri-dürüst göstərildikdə;

  • iddiaçının təqdim etdiyi sənədlər «Auditor Xidməti haq­qın­­da», «Sa­hib­­karlıq fəaliyyəti haqqında» AR Qanun­larına;

  • audit fəaliyyətinin həyata keçirilməsi üçün qanun­ve­rıcılik­də müəyyən olunmuş şərtlər, o cümlədən ix­tisas hazır­­lıüı, təh­sil, staj və s. təmin olunmadıqda,;

  • iddiaçının əvvəllər audit fəaliyyəti göstərmək üçün aldıüı lisen­zıya­nın müvafiq qaydaları pozduüuna görə ləüvindən 2 il vaxt keçmə­miş­sə və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödə­nilmədikdə

AR-dа audit fəaliyyəti ilə məşüul olmaq üçün hüquqi və fiziki şəxslərə, habelə kənar vətəndaşlara verilmiş lisenziyalar aşağıdakı hallarda ləğv edilə bilər:

  • lisenziya sahibi tərəfindən audit xidməti göstərməsindən rəs­mi ola­raq imtina edildikdə və bu barədə yazılı ərizə təqdim etdik­də;

  • lisenziya sahibi tərəfindən normativ hüquqi aktların tə­ləb­­lərinə əməl edilmədikdə və yaxud AR qanun­ve­rıciliyinə uyğun olaraq müvafiq dövlət orqanları tə­rə­fin­dən ərizəzinin fəaliyyəti da­yan­dırıldıqda;

  • AR qanunvericiliyi ilə müəyyən­ləş­dırıl­miş qaydada audit fəaliyyəti ilə məşüul olan hüquqi sub­yek­tin müf­lis­ləşməsi faktı təsdiq edildikdə;

  • kənar auditor təşkilatının filialları və nümayəndəlikləri fəaliy­yə­tə baş­ladıqdan sonra tərkibində üçdən artıq auditor olarsa, müəyyən olun­muş vaxt ərzində üç auditorun olmasını təmin etmədikdə;

  • auditor təşkilatlarının və müstəqil auditorların müəyyən olunmuş for­­ma üzrə hesabatları xəbərdarlıq edildikdən sonra belə vaxtın­da təq­dim edilmədikdə;

  • AR qanunvericiliyində nəzərdə tutulmuş dıgər hallarda.


Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin